Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 10:03

Hadı Rəcəbli: 'Azərbaycan heç kimin çaldığı musiqiyə oynamır...'


Hadı Rəcəbli
Hadı Rəcəbli

«Biz tez-tez belə təhrif olunmuş münasibətlərlə rastlaşırıq». Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli ABŞ Helsinki Komissiyası həmsədrinin Azərbaycandakı referendumla bağlı fikirlərinə reaksiyasını belə ifadə edib.

Hadı Rəcəbli: 'Prezidentimizdən çox xalqın içində olan ikinci adam varmı?'
Gözlə

No media source currently available

0:00 0:04:43 0:00
Direct-ə keçid

- Mən hesab edirəm ki, bu bəyanat çox yanlışdır. Biz tez-tez belə təhrif olunmuş münasibətlərlə rastlaşırıq. Mən bunu birmənalı deyirəm. Bunu ona görə demirəm ki, mən siyasətçiyəm, Yeni Azərbaycan Partiyasının üzvüyəm. Mən siyasi elmlər doktoru, professoram və dünyada gedən prosesləri izləyirəm. Amerika öz daxilində gedən proseslərə baxsın. Avropada baş verənləri, Ermənistanda gedən prosesləri izləsin. Mən özüm Azərbaycanda keçirilən seçkiləri müşahidə etmişəm. Seçkilər yüksək səviyyədə keçdi. Adamlar fəal iştirak etdilər. Bu adamların ürəyindən olan dəyişikliklər idi. Seçkiöncəsi görüşlərdə də iştirak etmişəm. Bu, Azərbaycan xalqının birmənalı istəyidir. Bunu da təhrif etməyə ehtiyac yoxdur. Amerikadı, Avropa Birliyidi... Avropa Birliyinin nə qədər yanlış fikirləri vardı, izah edildi. Qərəzdən uzaq olsalar yaxşıdır. Azərbaycan müstəqil dövlətdir, müstəqil siyasəti var, xalqının istəyi idi bu dəyişikliklər.

Buna da bax-Konqresmen Azərbaycandakı referendumu 'qeyri-legitim' adlandırıb

- ABŞ Helsinki Komissiyasının həmsədri Chris Smith bildirib ki, bu referendum Azərbaycan prezidentinin hesabatlılığının azaldılmasına hesablanıb...

- Prezidentimiz dünən də Sumqayıtda görüş keçirdi, hesabat verdi. Tez-tez yerlərdə olur, pambıqçılarla, sənaye işçiləri ilə görüşür. Görün, prezidentimizdən çox xalqın içində olan ikinci adam varmı? Hesabatlılıq nədir? O gündə xalqla görüşür və hesabatını da verir. Dünən eşitdiz onun Sumqayıtda verdiyi hesabatı? Bizi idarə edən dövlətlərə demək istəyirəm ki, Azərbaycan müstəqil dövlətdir, heç kimin çaldığı musiqi ilə oynamır. Öz xalqının dediyini edir.

- Referendumsonrası islahatlara start veriləcəyindən çox danışılır. Sizcə, hansı islahatlardan söhbət gedir?

- İlin əvvəlindən islahatlar aparılır. 2016-cı il Azərbaycanda islahat ilidir. Turizmin inkişafı ilə bağlı bir sıra məsələlər gözlənilir. Bununla bağlı qanun hazırlanır, bugünlərdə ortaya qoyacağıq. Turizm qeyri-neft sektorunun aparıcı sahələrindən biri olduğundan, bu sahədə islahatlar gözlənir. Aqrar bölmədə də islahat aparılacaq. Bundan başqa, özünəməşğulluq məsələsi gündəmə gəlir, bu sahəyə xüsusi vəsait ayrılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bununla da məşğuldur. Məqsəd iş yerlərinin yaradılmasıdır. İş yerləri iki istiqamətdədir: kənd təsərrüfatı və emal müəssisələri, eyni zamanda, turizm və istirahət biznesi.

Buna da bax-'İslahatlar repressiv üsulla aparılacaqsa, vay bu ölkənin halına'

- Rəsmilər səviyyəsində turizmin inkişafından çox söz açılır, amma regionda ən baha qiymətlərin də Azərbaycanda olduğu deyilir...

- Onda niyə bizə gələn turistlərin sayı 12 dəfə artıb? Deməli, başqa yerlərə baxanda bahalı deyil. Artım varsa, deməli, istək var, tələb var. Bu gün Azərbaycan otellərində turist əlindən yer yoxdur. Otellərimiz doludur, bu gün ərəb turistlər, başqa turistlər yer axtarırlar, ancaq yer yoxdur. Bizim turizm şirkətləri gələnləri növbəyə qoyublar. İndi Şəkidə, Lənkəranda çox ucuz qiymətə otellər var. Hökmən deyil ki, bahalı otellərə getsinlər. Seçim var. Bahadır deyənlər ifrata varırlar. Necə olur başqa yerdə pul xərcləyirlər, Karlovı-Varıya gedirlər? Azərbaycanda ondan 5 dəfə, 3 dəfə ucuz yerlər var. Eyni zamanda, bahalı yerlər var. Beşulduz otellər var ki, başqa yerdə yoxdur. Bahalı da var, ucuz da. Bu dediklərimi səmimi qəbul edin.

- Bəs büdcə təşkilatlarında çalışanlar, xüsusən müəllim və həkimlər referendumsonrası dövrdən nə gözləyə bilərlər? Tutalım, maaşları artırıla bilər?

- Ola bilər. Müəllimlərlə bağlı hər şey göz qabağındadır, prezidentin sərəncamı oldu, maaş artırılır, imtahanlar verilir. Gələn ildən tibbi sığorta məcburi şəkildəhəyata keçiriləcək və bu halda həkimlərin maaşında da kəskin fərq olacaq.

XS
SM
MD
LG