Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 02:37

'Azərbaycan dünyaya nümunədir' - MSK sədri


Məzahir Pənahov
Məzahir Pənahov

Avqustun 18-də Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyaları sədrlərinin seminar-müşavirəsi başlayıb.

AZƏRTAC xəbər verir ki, müşavirədə MSK sədri Məzahir Pənahov, Prezident Administrasiyası rəhbərinin müavini Zeynal Nağdəliyev, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Baş prokurorun birinci müavini Rüstəm Usubov, daxili işlər nazirinin müavini Oruc Zalov və başqa rəsmilər iştirak edir.

«Report»un xəbərinə görə, müşavirədə MSK sədri Məzahir Pənahov deyib ki, sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi həyati əhəmiyyət kəsb edir. Məzahir Pənahovun deməsinə görə, prezident İlham Əliyev xalqın maraqlarından çıxış edərək bu addımı atıb, ümumxalq səsverməsinin keçirilməsinə təşəbbüs göstərib:

«Ölkədə sabitlik bizdə arxayınlıq yaratmamalıdır. Ölkədə inkişaf var, əhali yaşayış tərzini dəyişib. Azərbaycan artıq inkişaf etmiş ölkələrlə müqayisə olunur. Elə sahələr var ki, Azərbaycan dünya ölkələrindən xeyli irəli gedib. Əlbəttə, ideal nəsə yoxdur, çatışmazlıqlar ola bilər. Bütövlükdə Azərbaycanda bütün sahələrdə inkişaf var. Bütün istiqamətlərdə prezident İlham Əliyevin reytinqi yüksəkdir. Amma biz bundan arxayın olmamalıyıq. Bilirsiniz ki, hansısa ölkənin daxili işlərinə qarışmaq üçün seçkidən istifadə edirlər. Biz buna şərait yaratmamalıyıq, kiçik çatışmazlıqları belə aradan qaldırmalıyıq».

Məzahir Pənahovun deməsinə görə, Azərbaycan dünyaya nümunə olacaq seçki keçirir: «Seçki komissiyaları üçün hər bir şərait yaradılıb. Bunu xüsusi qiymətləndirməliyik».

Bu il sentyabrın 26-da ölkə Konstitusiyasına dəyişikliklərlə bağlı referendum keçiriləcək.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır.

Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

XS
SM
MD
LG