Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:06

Müsavat: 'Referendum beynəlxalq standartlara cavab vermədi'


Referendum
Referendum

«Referendum azad siyasi rəqabət, bərabərhüquqlu təbliğat və müşahidə imkanları təmin edilmədən, beynəlxalq standartlara cavab verən qanunvericilik bazasının olmadığı şəraitdə keçirilib».

Müsavat Partiyasının sentyabrın 27-də referendumun nəticələri ilə bağlı yaydığı bəyanatda belə deyilir.

Bəyanatda Avropa Şurasının Venesiya Komissiyasının referenduma çıxarılan təkliflərin əleyhinə rəyi yada salınır.

«Hakimiyyətin referenduma çıxarılan məsələlərin mahiyyətini həm Azərbaycan xalqından, həm də qarşısında öhdəlik götürdüyü beynəlxalq təşkilatlardan gizli saxlayaraq, xəlvəti bir tədbir kimi həyata keçirmək niyyəti aydın görünür. Referendum elan edildikdən sonra fundamental insan hüquq və azadlıqları məhdudlaşdırılıb, siyasi məhbusların sayı daha da artıb», - bəyanatda bildirilir.

Müsavat Partiyası qeyd edir ki, referenduma çıxarılan məsələlər barədə seçicilər məlumatsız olub, o, ictimai maraq doğurmayıb.

Buna da bax-Referendumun yekun nəticələri açıqlandı

«Referendum, son illərdə ölkəmizdə keçirilən bütün seçkilərdə olduğu kimi, BMT, Avropa Şurası, ATƏT və digər nüfuzlu qurumların müəyyən etdiyi beynəlxalq standartlara cavab verməyib. ATƏT, Avropa Birliyi, Avropa Şurası, Avropa Şurasının Venesiya Komissiyasının seçkilərin azad və ədalətli keçirilməsinə nail olmaq məqsədilə Azərbaycan hökumətinə dəfələrlə etdiyi tövsiyələr nəzərə alınmayıb», - bəyanatda vurğulanır.

Sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilib. Konstitusiyaya 29 məsələ ilə bağlı dəyişiklik edilib.

Orada, Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Üstəlik, əgər torpaqlardan səmərəli istifadə edilməsə, torpaq üzərində mülkiyyət hüququ alına bilər.

Mərkəzi Seçki Komissiyası bildirir ki, xalqın böyük əksəriyyəti bu dəyişikliklərə səsə verib.

Referendum günü - 100 saniyədə

Referendum günü - 100 saniyədə
Gözlə

No media source currently available

0:00 0:01:46 0:00

XS
SM
MD
LG