Keçid linkləri

2025, 23 Yanvar, Cümə axşamı, Bakı vaxtı 06:31

Rəisi Tramp mühakimə olunmasa qisas alınacağını deyir


İran prezidenti İbrahim Rəisi
İran prezidenti İbrahim Rəisi

Yanvarın 2-də İran BMT Təhlükəsizlik Şurasına məktubunda Birləşmiş Ştatların məsuliyyətə cəlb olunmasına çağırıb

İran prezidenti İbrahim Rəisi yanvarın 3-də deyib ki, əgər keçmiş ABŞ prezidenti Donald Tramp general Qassem Süleymaninin öldürülməsinə görə məhkəmə qarşısıma çıxarılmasa, Tehran bunun qisasını alacaq.

Yeni ilin ilk günlərində İran və İraqda ona bağlı qüvvələr Süleymaninin ölümünün ildönümü ilə bağlı tədbirlər keçiriblər.

General Süleymani İran İnqilab Keşikçiləri Korpusunun ölkədən xaricdə fəaliyyət göstərən qolu - Qüds hərbi qüvvələrinin komandanı idi.

O 2020-ci ildə keçmiş prezident Trampın əmri ilə dron zərbəsi ilə öldürülüb.

Yanvarın 3-də televiziya ilə canlı çıxışında Rəisi deyib:

"Əgər Tramp və Pompeo (keçmiş dövlət katibi) general Süleymaninin qətli ilə bağlı cinayət əməlinə görə ədalətli məhkəmədə mühakimə olunmasalar, biz müsəlmanlar şəhidimizin qisasını alacağıq!”

Yanvarın 2-də İran BMT Təhlükəsizlik Şurasına məktubunda Birləşmiş Ştatların və deyildiyinə görə bu əməliyyatda iştirakı olmuş İsrailin məsuliyyətə cəlb olunmasına çağırıb.

Həmin sui-qəsddən sonra ABŞ BMT-yə bildirmişdi ki, Süleymaninin məhv edilməsi özünümüdafiə aktı olub.
Vaşinqton bildirmişdi ki, Yaxın Şərqdə ABŞ maraqlarının qorunması üçün bütün “lazımi” addımları atacaq.

XS
SM
MD
LG