Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:00

Ağ dənizdə Rusiyanın hansı raketi partlayıb


Serebryanka gəmisi
Serebryanka gəmisi

Rusiyanın Sarov şəhərində Rosatomun beş əməkdaşının dəfn mərasimi olub.

Onlar Arxangelsk vilayətində keçirilən sınaq zamanı həlak olublar. Avqustun 11-12-də şəhərdə matəm elan olunub.

Həlak olmuş sınaqçıların dövlət mükafatları ilə təltif olunacaqları bildirilir.

Bu barədə yerli telekanala Rusiya Federal Nüvə Mərkəzinin direktoru Valentin Kostyukov məlumat verib.

Kostyukov deyib ki, partlayış Müdafiə Nazirliyinin əvvəlcə xəbər verdiyi kimi poliqonun sahil hissəsində yox, Ağ dəniz akvatoriyasında baş verib.

Mərkəz direktorunun sözlərinə görə həlak olanlar indiyədək bir çox buna bənzər sınaqlarda iştirak etmişdilər.

O baş verənləri “faciəvi təsadüflərin zənciri” adlandırıb.

Rosatomun rəhbəri Aleksey Likhachev deyib ki, insident “yeni məmulatın” sınağı zamanı baş verib.

Bundan əvvəl dövlət korporasiyası ölənlərin siyahısını dərc etmişdi.

Nüvə mərkəzinin elmi rəhbəri Vyacheslav Solovyov jurnalistlərlə söhbətində deyib ki, alimlər baş verənlərin miqyasını araşdırırlar.

Fontanka nəşrinin yazdığına görə alimlərin həlak olmasına parçalanan materiallardan istifadə olunan kiçik qabaritli enerji mənbəyindəki partlayış səbəb ola bilərdi.

Fontanka yazır ki, bu izahatdan söhbətin nüvə reaktorundan getdiyi başa düşülür, hərçənd Rosatomda nüvə batareyasından danışırlar.

Alimlərin hansı layihə üzərində işlədikıəri məlum deyil.

Bir il əvvəl Rusiya mediası Sarovdakı nüvə mərkəzində qeyri-məhdud mənzilli qitələrarası Burevestnik raketinin üzərində iş getdiyini yazırdılar.

Media ABŞ kəşfiyyatına istinadən bildirirdi ki, bu raketin yaradılmasından bəri yalnız bir sınaq uğurlu olub.

Arxangelsk vilayətində baş vermis partlayış haqqında məlumat avqustun 8-də yayılmışdı.

Rosatom bildirirdi ki, bu raketin mühərrikində radioaktiv izotop enerji mənbəyindən istifadə olunmuşdu.

Müdafiə Nazirliyi israr edirdi ki, atmosferə ziyanlı maddələr dağılmayıb.

Amma Severodvinsk şəhərinin mülki müdafiə idarəsi şəhər dairəsində qısamüddətli radioaktiv fon yüksəlişi qeydə almışdı. Sonradan fonun normallaşdığı bildirilirdi.

Qərb mənbələri xəbər verirlər ki, Ağ dənzidə baş vermis partlayış regionunda Serebryanka teploxodu görünüb.

Bu teploxodun funksiyası maye radioaktiv maddələrin toplanması və saxlanmasıdır.

Bu da xəbər verilir ki, Ağ dənizin partlayış baş vermis hissəsi gəmiçilik üçün 1 ay müddətinə bağlanıb.

XS
SM
MD
LG