Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 17:09

Rostovda terrorçuluqda ittiham olunan iki nəfər həbs edilib


Rostovdakı 1 saylı təcridxana
Rostovdakı 1 saylı təcridxana

Rusiyanın Rostov şəhərindəki təcridxanada penitensiar xidmətin əməkdaşlarını girov götürənlərdən biri – Daniil Kamnev təqsirini boynuna alıb.

Polislə qarşıdurmadan sağ çıxmış Kamnev Rusiyada qadağan olunmuş Ət-Təkfir vəl-Hicra beynəlxalq dini birliyinin üzvü olmaqda və 2021-ci ildə Kislovodsk şəhərində polis məntəqəsi binasının partladılmasını planlaşdırmaqda ittiham olunur.

Bu iş üzrə kameradan qaçmağa cəhd göstərərkən saxlanmış ikinci şəxs – Malik Qandaloyevdir.

Mash teleqram kanalının məlumatına görə Qandaloyev verdiyi geniş ifadədə qaçışa hazırlığın və Rostov təcridxanasının ələ keçirilməsinin planından təfərrüatlı danışıb.

TASS məhkəmənin mətbuat xidmətinə istinadla bildirir ki, Qandaloyev “İslam Dövləti” ekstremist təşkilatında iştirakını, habelə partladıcılar hazırladığını və saxladığını etiraf edib.

İslamı koloniyada qəbul edib

Bundan əvvəl qaçmağa cəhd göstərərkən sağ qalmış yeganə şəxsin Daniil Kamnev olduğu bildirilirdi.

O, təhlükəsizlik qüvvələrinin təcridxanaya hücumundan sonra xəstəxanada idi.

İyunun 16-da terrorizm şübhəlisi kimi saxlanmış 6 Şimali Qafqaz doğumlu məhbus Rostovun 1 saylı təcridxanasında penitensiar xidmətin iki əməkdaşını girov götürmüşdülər.

Onlar bina üzərində “İslam Dövləti” ekstremist təşkilatının bayrağını qaldırmışdılar və onlara ölkədən çıxmaq imkanının verilməsini tələb edirdilər.

Bundan bir neçə saat sonra xüsusi təyinatlı polis binaya hücum etmişdi.

25 yaşlı stavropollu Daniil Kamnev hələ yeniyetməlikdən cəza çəkdiyi koloniyada İslamı qəbul etmişdi. O təsadüfi dava-dalaşda adam öldürdüyünə görə məhkum olunmuşdu.

Bundan əvvəl

AzadlıqRadiosu onun haqqında 2021-ci ilin dekabrında yazmışdı.

Kamnevin qohumları iddia edirdilər ki, o terror aktında iştirakını işgəncələr altında etiraf edib.

Onların sözlərinə görə Kamnevi tanımadığı adamların Ət-Təkfir vəl-Hicra təşkilatının üzvü olmalarına dair ifadə verməyə məcbur edirdilər.

Terror maddəsi üzrə müvafiq iş Cənub hərbi dairəsinin məhkəməsinə 2023-cü ilin avqustunda göndərilmişdi.

İslam Dövləti son illərdə Rusiyada törədilmiş bir sıra terror aktlarına görə məsuliyyəti öz üzərinə götürüb.

Bunlardan ən qanlısı mart ayında Moskvadakı Crocus City Hall konsert kompleksinə edilən hücum olub.

Bu hücum nəticəsində 145 nəfərin öldüyü xəbər verilirdi.

XS
SM
MD
LG