Keçid linkləri

2024, 18 Oktyabr, Cümə, Bakı vaxtı 07:49

Gürcüstan müxalifətinin Rustavi-2 telekanalının sahibliyi dəyişəcək


Rustavi-2 telekanalının sahibi Kibar Khalvashi
Rustavi-2 telekanalının sahibi Kibar Khalvashi

Gürcüstan müxalifətinin əsas telekanalı Rustavi 2-nin yeni sahibi teleşirkəti satmaq niyyətini bildirib.

Kabir Khalvashi-nin bu qərarı barədə məlumat Rustavi-2-nin internet saytında avqustun 12-də dərc olunub.

Bu barədə ayrıca bəyanatında Khalvashi deyib ki, Rustavi-2 yığılıb qalmış borclarına görə “fəlakətli” maliyyə vəziyyətindədir və o “şirkəti düşdüyü dərin böhrandan çıxara bilmir”.

Khalvashi telekanalın bu vəziyyətə düşməsinə görə onun keçmiş direktoru Nika Gvaramianı ittiham edib.

Khalvashi-nin bu bəyanatından bir ay əvvəl Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Gürcüstan Ali Məhkəməsinin Rusitavi-2 telekanalının köhnə sahibliyinin bərpasına dair 2017-ci il tarixli hökmünü qüvvədə saxlamışdı.

Söhbət indiki hökumətə yaxınlığı ilə tanınan Khalvashi-dən gedirdi.

AİHM-in qərarından dərhal sonra Khalvashi Gvaramianı vəzifəsindən kənarlaşdırmışdı.

Tənqidçilər deyirlər ki, Khalvashi-nin qərarı hökumətin gələn il keçirləcək parlament seçkisindən əvvəl fərqli siyasi düşüncəni boğmaq cəhdlərinin bir hissəsidir.

Avqustun 12-də habelə Rustavi-2 telekanalının həmtəsisçisi Erosi Kitsmarishvili-nin dul xanımı teleşirkətin səhmlərinin 30 faizinə məhkəmə iddiası qaldırıb.

Rustavi-2-nin başqa həmtəsisçiləri - Davit Dvali və Jarji Akimidze avqustun 12-də bildiriblər ki,Khalvashi-nin qərarı telekanalın sahibliyi üstündə hüquqi çəkişməni mürəkkəbləşdirəcək.

Dvali və Akimidze habelə deyiblər ki, Khalvashi telekanalı satmaqla onun hakim Gürcü Arzusu partiyasının sədri Bidzina Ivanishvili-yə yaxın birisinin nəzarətinə keçməsini istəyir.

XS
SM
MD
LG