Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 19:18

Gürcüstan Rusiyanın Abxaziyada baza yaratmaq planına etiraz edir


Rusiyanın sahil keşiyi kateri Oçamçira limanında
Rusiyanın sahil keşiyi kateri Oçamçira limanında

Gürcüstanın Xarici İşlər Nazirliyi Rusiyanın separatçı Abxaziya bölgəsində hərbi dəniz bazası yaratmaq planını ölkənin suverenlik və ərazi bütövlüyünün kobud şəkildə pozulması adlandırıb.

İzvestiya qəzeti yazır ki, Abxaziyanın separatçı “prezidenti” Aslan Bjaniya yaxın gələcəkdə Oçamçira rayonunda daimi baza barədə razılaşmanı Vladimir Putinlə hələ sentyabrda imzaladığını deyib.

Bjaniya deyib ki, bu yaxınlarda limana Rusiyanın Siklon kiçik raket gəmisi daxil olub.

Hazırda Oçamçirada Rusiya FTX sərhəd qoşunlarının sahil keşiyi gəmiləri mənzillənir.

Gürcüstan XİN bəyanat verib

Gürcüstan XİN-in bu barədə bəyanatında deyilir:

"Biz Rusiya Federasiyasını beynəlxalq öhdəliklərinə və 2008-ci il 12 avqust tarixində Avropa İttifaqının vasitəçiliyi ilə imzaladığı atəşkəs razılaşmasına əməl etməyə və Gürcüstanın tərkib hissəsi olan ərazilərin işğalına son qoyulmasına çağırırıq”.

Rusiya 2008-ci ildə Gürcüstanla qısa müharibənin ardınca separatçı Abxaziya və Cənubi Osetiya bölgələrinin müstəqilliyini tanıyıb.

Abxaziya müstəqilliyini hələ 1992-ci ildə bəyan etmiş və bu, tammiqyaslı müharibəyə yol açmışdı.

Qərb bu iki bölgənin müstəqilliyinin tanınmasını onların Rusiya tərəfindən ilhaqı kimi qiymətləndirib.

Abxaziyanın müstəqilliyini yalnız Venesuela, Nikaraqua, Nauru və Suriya tanıyıb.

Azərbaycanın bu kəndinə turistlər axışır, amma yolları bərbaddır...
Gözlə

No media source currently available

0:00 0:02:54 0:00

Media: Rusiya gəmilərini Krımdan çıxarmalı olub

Moskva separatçı bölgələrdə minlərlə hərbçi saxlayır və onun 2009-cu ildə burada dəniz bazası yaratmaq planı NATO tərəfindən kəskin tənqid olunmuşdu.

Üç NATO üzvü – Türkiyə, Bolqarıstan və Rumıniya Qara dəniz sahili ölkələridir.

Kremlin sözçüsü Dmitri Peskov Bjaniyanın bəyanatına şərh verməkdən imtina edib.

The Wall Street Journal qəzeti bugünlərdə yazırdı ki, Rusiya Ukraynanın hava zərbələrinə görə öz Qara dəniz donanmasının gəmilərini qanunsuz ilhaq etdiyi Krımdan çıxarmalı olub.

Rusiya Ukraynaya tammiqyaslı hücum edəndən bəri Tbilisi Moskva ilə balanslı münasibət qurmağa çalışır.

Tbilisi Ukraynaya müdaxiləni pisləsə də, Moskvaya qarşı iqtisadi sanksiyalara qoşulmayıb.

XS
SM
MD
LG