Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:52

Avropa İttifaqı Rusiyanın dondurulmuş vəsaitlərindən Ukrayna üçün xərclənməsinə dair razılığa gəlib


Avropa İttifaqında Rusiya Mərkəzi Bankı aktivlərinin üçdə ikisi nə həbs qoyulub
Avropa İttifaqında Rusiya Mərkəzi Bankı aktivlərinin üçdə ikisi nə həbs qoyulub

Avropa İttifaqı ölkələri mayın 21-də Moskvanın Ukraynaya hərbi müdaxiləsinin ardınca Rusiyanın dondurulmuş aktivlərindən Kiyevə yardım göstərilməsi barədə qərarı dəstəkləyiblər.

Bu sxem təkcə bu il Ukraynaya 3 milyard avro verməlidir. Çexiyanın xarici işlər naziri Yan Lipavski X platformasında yazıb ki, bu pulun 90 faizinin hərbi ehtiyaclara xərclənməsi planlaşdırılır.

Avropa İttifaqında Rusiya Mərkəzi Bankı aktivlərinin üçdə ikisi dondurulub. Bu vəsaitin böyük bir hissəsi Belçikanın Euroclear depozitarisi tərəfindən idarə olunur.

Gözlənildiyinə görə sözü gedən aktivlər Ukraynaya ildə 5 milyard avro gəlir gətirməlidir. Kiyev bu vəsaiti ildə iki dəfə alacaq.

Bloomberg yazır ki, vəsaitin investisiyaya qoyulmasından ötən il 4 milyard avro əldə edilib.

Bununla belə Ukrayna bu vəsaitdən yalnız 557 milyon avroya iddialı ola bilər.

Fevralın ortalarınadək əldə olunmuş gəlirləri isə Belçika bankı risklərin idarə olunması, o cümlədən Rusiyanın mümkün məhkəmə iddiaları ilə bağlı özündə saxlayacaq.

Müzakirələr aylarla davam edib

Xəbər verilir ki, Rusiyanın Aİ-də dondurulmuş aktivlərindən Ukraynaya yardımlar üçün istifadə edilməsinə dair sxem ətrafında danışıqlar aylarla davam edib.

Üzv ölkələr maliyyə sabitliyinin pozula biləcəyindən, həm də Rusiyanın mümkün cavab tədbirlərindən narahat idilər.

Bundan başqa Aİ-yə daxil neytral ölkələr - Avstriya və Malta Ukraynaya hərbi yardım göstərilməsindən imtina etmişdilər.

Bu səbəbdən istifadə olunacaq Rusiya aktivlərindən gəlirin bir hissəsi humanitar ehtiyaclara yönəldiləcək.

Bu ilin martında Avropa Komissiyası Rusiya Mərkəzi Bankının dondurulmuş vəsaitlərindən Ukraynaya dəymiş ziyanın ödənməsi üçün istifadə qaydasını təsdiq etmişdi.

Daha təcili ehtiyaclara

Lakin vəsaitlər əvvəlcə planlaşdırıldığı kimi Ukraynanın bərpa olunmasına deyil, daha mühüm ehtiyaclara, məsələn silah-sursat alınmasına xərclənəcək.

Bu vəsaitin 90 faizinin Avropa Sülh Fonduna (EPF) köçürülməsi təklif olunmuşdu.

Bu vəsaitdən üzv ölkələr Ukraynaya göndərdikləri hərbi texnika üçün ödəniş ala bilərdilər. Bu gəlirdən də silah alınmasına istifadə oluna bilərdi.

Qalan 10 faizin Avropa İttifaqının büdcəsinə köçürülməsi və sonradan bu vəsaitin də Ukraynanın müdafiə sənayesinə yönəldilməsi təklif edilirdi.

Bu ideya Aİ üzvlərinin böyük əksəriyyəti tərəfindən bəyənilmişdi.

Almaniya kansleri Olaf Şolts bu barədə deyib:

Biz habelə razılığa gəlmişik ki, bu vəsaitlərin 90 faizi Ukraynanın müdafiəsi məqsədlərinə xərclənsin. Hazırda bu razılaşmanı yekunlaşdırırıq”.

Şolts bunu da deyib ki, Aİ üzvləri bu vəsaitlərdən silahların təkcə Aİ-də deyil, həm də bütün dünya boyunca alınması üçün istifadə olunması barədə razılığa gəliblər.

İlk tranş Kiyevə bu ilin iyun ayında köçürülməlidir.

XS
SM
MD
LG