Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:25

Rusiyada zəhərlənmələrə görə Anar Hüseynov adlı şəxs həbs olunub


Rusiyanın regionlarında “Mister Sidr” adlı içkidən ölənlərin sayı 25-ə çatıb. 50-dən çox adamın bu içkidən ağır zəhərləndiyi və bəzilərinin reanimasiyada olduğu xəbər verilir.

Ulyanovsk vilayətində bu içkidən 18 nəfər ölüb, daha 30 nəfərin ağır və yüngül ağır vəziyyətdə xəstəxanada olduğu bildirilir.

Eyni içkidən Samara vilayətində 20 nəfər zəhərlənib. Onlardan 4-ü vəfat edib, 14 nəfəri ağır alkoqol zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilib.

Nijeqorod vilayətində “Mister Sidr” içkisindən zəhərlənmiş 6 nəfərdən 2-si ölüb.

Başqa vilayətlərdə də bu içkidən zəhərlənənlərin olduğu deyilir.

Texniki spirt

Yerli polis sözü gedən içkidən 1700 litrini müsadirə edib.

Bu da xəbər verilir ki, regionlarda bu iş üzrə “təhlükəsizlik tələblərinə cavab verməyən xidmət” maddəsi ilə cinayət işləri açılıb.

İstintaqın versiyasına görə zəhərlənənlər “Mister Sidr” markalı alma sidri içiblər.

Ən azı Nijeqorod vilayətindəki içkidə zəhərli etilenqlikol tapılıb.

İstehlak üçün təhlükəli, ucuz etilenqlikoldan adətən avtomobil motorlarının donmaması üçün antifriz kimi istifadə olunur.

Rusiyanın dövlət Rospotrebnadzor idarəsi bütün ölkə boyunca bu markadan olan içkilərin satışdan çıxarılmasına göstəriş verib.

Anar Afət oğlu Hüseynov kimdir?

İçkinin təchizatçısı, Samara doğumlu 32 yaşlı Anar Afət oğlu Hüseynov həbs olunub.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, bu biznesmen 2022-ci ildə sənədsiz alkoqollu içki dövriyyəsinə görə 10 min rubl məbləğində cərimə olunub.

“Mister Sidr” içkisi Samara vilayətinin Vintay kəndində, Varka adlı özəl pivə zavodunda istehsal olunurdu.

Spirtli içkilərin dövriyyəsi ilə məşğul olan Hüseynov 2021-ci ildə “Andi” adlı şirkəti qeydiyyatdan keçirib.

Şirkətin 2022-ci il üçün gəliri 1 milyon rubldan (12 min 200 dollar) çox olub.

XS
SM
MD
LG