Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 06:39

Rusiya gömrüyündə Azərbaycan yükləri niyə saxlanır?


Azərbaycan-Rusiya sərhədi
Azərbaycan-Rusiya sərhədi

Dövlət Gömrük Komitəsi ( DGK) bu gün, oktyabrın 29-da bir sıra kütləvi informasiya vasitələrində (KİV) Azərbaycandan Rusiyaya gedən yük avtomobillərinin bu ölkənin gömrük terminalında saxlanılması barədə yayılan məlumatlara münasibət bildirib.

DGK bildirir ki, Azərbaycan-Rusiya sərhədində nəqliyyat vasitələrinin və sərnişinlərin sərhədkeçmə prosesində hər hansı problem yoxdur. Komitədən qeyd edildiyinə görə, gömrük-sərhəd buraxılış məntəqəsi gündəlik iş rejimində fəaliyyətini davam etdirir.

“Hazırda Rusiya Federal Gömrük Xidmətinin rəhbərliyi ilə Azərbaycandan gedən avtomobillərin bu ölkənin ərazisindəki gömrük terminalında saxlanılmasının səbəblərinin araşdırılması məqsədilə danışıqlar aparılır. Məsələnin müsbət həlli istiqamətində bütün zəruri addımlar atılır”, açıqlamada deyilir.

Bəzi KİV-lərdə Azərbaycandan Rusiyaya gedən yük maşınlarının 4 gündür ki, Dağıstan ərazisində saxlandığı ilə bağlı məlumatlar yayılıb.

Onlarca yük maşınının içi dolu yüklə gömrükdə qaldığı bildirilir.

Sürücülər deyirlər ki, onlar Azərbaycandan alma, xiyar-pomidor, göyərti və başqa kənd təsərrüfatı məhsullarını Rusiya bazarlarına aparırlar: “Ancaq gömrük rəsmiləşdirilməsi aparılmır və heç bir səbəb göstərilmir”.

Məsələyə, hələlik Rusiya Federal Gömrük Xidməti rəsmilərindən münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG