Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 18:20

Rusiya ‘düşmən siyahısına’ yeni adlar əlavə edib


Mariya Zaxarova
Mariya Zaxarova

Rusiya sentyabrın 23-də bildirib ki, Moskva özünün Avropa rəsmiləri üçün qadağan siyahısına yeni adlar əlavə edib.

Moskva bu şəxsləri Rusiyaya və onun vətəndaşlarına “düşmənçilikdə” ittiham edir.

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında siyahıya daxil edilənlər barədə hansı tədbirlərin görüləcəyi açıqlanmır.

Lakin məlum olan budur ki, sözü gedən siyahıdakı əcnəbilərə Rusiyaya giriş qadağan olunur.

Bu da bildirilir ki, Rusiyanın qadağan siyahısındakıların sayı Avropa İttifaqının viza qadağanı siyahısında olan rusiyalıların sayı ilə eynidir.

Rusiya qadağan siyahısının rəsmi adı “Rusiyaya daxil olması qadağan edilmiş Avropa İttifaqı ölkələrinin və təsisat nümayəndələrinin müvafiq cavab siyahısı”dır.

Rusiya bildirib ki, Brüssel “qarşıdurma” siyasətlərini davam etdirərsə, Moskva da cavab tədbirlərini genişləndirə bilər.

Bəyanatda deyilir:

"Avropa İttifaqı özünün sanksiyalar alətinin fəaliyyətini genişləndirir və onları əsassız olaraq və bəzən absurd izahatlarla tətbiq edir. Biz belə yanaşmanın ziyanlı olması barədə Avropa İttifaqına dəfələrlə xəbərdarlıq etmişik”.

Rusiya danır və əks-ittihamlar irəli sürür

Rusiya və Avropa İttifaqı arasında Moskvanın Qərb seçkilərinə müdaxiləsinə dair kəskin fikir ayrılıqları var.

Bundan başqa Qərb Rusiya üzərinə Moskvanın Krımı qanunsuz ilhaq etməsinə görə 2014-cü ildən bəri çoxsaylı sanksiyalar qoyub.

Son vaxtlarda müxalifət lideri Aleksey Navalnının iddia edilən zəhərlənməsi ilə bağlı da Moskva üzərinə yeni sanksiyalar elan edilib.

Navalnı sentyabrın 23-də Berlin klinikasından buraxılıb.

Fransa prezidenti Emmanuel Macron və Almaniya kansleri Angela Merkel Navalnının zəhərlənməsi ilə bağlı Moskvadan izahat tələb ediblər.

Bundan əvvəl İngiltərədə keçmiş Rusiya casusu Sergey Skripal və onun qızının da eyni kimyəvi zəhər - Noviçok maddəsi ilə zəhərləndiyi bildirilmişdi.

Kreml bu zəhərlənmələrlə hər hansı bağlılığını inkar edir.

Sentyabrın 23-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qərbi Moskvaya qarşı “geniş dezinformasiya kampaniyası” aparmaqda ittiham edib.

XS
SM
MD
LG