Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:14

Rusiyada Dumaya seçkilərin son günü


Rusiyada parlament seçkiləri-2021
Rusiyada parlament seçkiləri-2021

Rusiya vətəndaşları Dövlət Dumasına 450 deputat seçməlidirlər - 225 -i birmandatlı dairələrdən, 225 -i isə partiya siyahılarından. Dumada sadə çoxluq üçün 226, konstitusiya üçün 300 mandat tələb olunur.

Kamçatka və Çukotkada yerli vaxtla 20: 00 -da (Moskva vaxtı ilə 11:00) səsvermə başa çatıb. Səsvermənin ilk iki gününün nəticələrinə görə, seçki fəallığı (ilhaq edilmiş Krım nəzərə alınmaqla) 35,5 faiz olub.

Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova bildirib ki, şənbə günü ən aşağı fəallıq - 15 faizdən az - Sankt -Peterburq, Xakasiya və Kalininqrad vilayətində qeydə alınıb.

Bir milyon səkkiz yüz mindən çox moskvalı onlayn səs verib. Məlumata görə, sentyabrın 19-u səhər saatlarında elektron səsvermədə iştirak faizi 90 faizdən çox olub.

MSK-ın açıqlamalarına görə, gün ərzində komissiyanın internet portalına bir neçə kiberhücum qeydə alınıb.

Dövlət Dumasına seçkilərlə yanaşı, Rusiyada yerli seçkilər və doqquz bölgə başçısı üçün də səsvermə keçirilir.

Seçkilərdən bir qədər əvvəl Aleksey Navalnının tərəfdarları "Ağıllı səsvermə" layihəsi çərçivəsində tövsiyələr dərc etdilər. Müxalifətçinin tərəfdarları "Vahid Rusiya" nümayəndələrinə qalib gəlmək şansları daha çox olan namizədlərə səs verməyi təklif etdilər. Bu vəziyyətdə partiya mənsubiyyəti önəmli deyil.

Rusiya hakimiyyəti Navalnı tərəfdarlarını qadağan olunmuş məzmun yaymaqda günahlandırır. Apple və Google Rusiya qanunvericiliyinin tələblərinə görə "Navalny" tətbiqini silib.

Telegram -ın qurucusu Pavel Durov, Apple və Google -un hərəkətlərinə işarə edərək, messencerdəki Smart Voting botunu bloklayıb. Bundan başqa sentyabrın 18-i, şənbə günü axşam "Ağıllı səsvermə" ilə bağlı tövsiyələrin olduğu video YouTube tərəfindən bloklanıb.

XS
SM
MD
LG