Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:01

Rusiya Ermənistan ordusunu müasirləşdirəcəkmi? (Video)


Azərbaycan əsgərləri yolu bağladılar, iranlı sürücülər Ermənistanda qaldı
Gözlə

No media source currently available

0:00 0:15:07 0:00

Azərbaycan əsgərləri yolu bağladılar, iranlı sürücülər Ermənistanda qaldı

Avqustun 25-də Rusiya Ermənistanla yeni silah anlaşması imzalayıb. Razılaşmanın detalları açıqlanmayıb, amma Ermənistanın müdafiə naziri Arşak Karapetyan deyib ki, onun ölkəsi müasir silahlar almaq istəyir və bu barədə Rusiyanın tam dəstəyini hiss edir.

Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun baş araşdırmaçısı Saymon Vezemen deyir ki, Rusiya indiyə qədər Ermənistana ancaq Sovet dizaynlı silahlar verib, amma Rusiyanın əlində müasir silahlar da var.

“Ermənistanda demək olar ki, ən müasir silah yoxdur. Hətta Ukraynadan və Slovakiyadan aldığı silahlar da ikinci əldir və onların hamısı sovet dizaynına əsaslanıb. Qarabağda sonuncu müharibə vaxtı da Ermənistanın əlində müasir Rusiya silahları olmadı. Səbəbini bilmirəm. Ola bilər Rusiya bu silahları Ermənistana vermək istəməyib, ya da Ermənistanın siyasi iradəsi və ya maliyyə imkanı olmayıb onları almağa”.

Ekspert: "Rusiya Ermənistana dron əleyhinə sistem sata bilər"
Gözlə

No media source currently available

0:00 0:03:46 0:00

Ekspert: Rusiyanın müasir silahları Ermənistan üçün kafidir

Saymon Vezemenin sözlərinə görə, Azərbaycanla yarışmaq üçün Ermənistanın heç ən müasir silaha da ehtiyac yoxdur, Rusiyanın istehsal etdiyi müasir silahları əldə etmək bəs edər.

Şərhçi ehtimal edir ki, Ermənistan üçün yalnız aktual olan sual Azərbaycanın müasir dronlarını neytrallaşdırmaq ola bilər:

“Ermənistan gördü ki, Azərbaycan Qarabağda, hətta Ermənistan Respublikasında belə hədəfin yerini müəyyənləşdirən kəşfiyyat dronlarından istifadə edir və əsasən kamikaze dronlarla hücum edir. Buna qarşı uğurlu müdafiə yaxınmənzilli hava müdafiə sistemi təşkil etməkdir ki, kiçik hədəflərin öhdəsindən gələ bilsin. Rusların Pantsir sisteminin yenilənmiş versiyası buna uyğundur. Pantsirın raketi və radarları var, ətrafdakı hava məkanını izləyir. Rusiya indiyə qədər bu sistemi sınaqdan çıxarıb. Qarabağda müharibə zamanı belə xəbərlər yayıldı ki, Rusiya Ermənistana Pansir göndərib, amma bu xəbərlər təsdiqini tapmadı”.

Vezemen əlavə edir ki, bütün hallarda silahlar sistem və şəbəkə daxilində və təcrübəli mütəxəssislər varsa, uğurlu olur və bir neçə Pantsir almaq Ermənistanın işini dərhal asanlaşdırmayacaq.

Açıq mənbələrdə informasiya reallıqdakından fərqli olur

Ekspert deyir ki, Ermənistan üçün ciddi problemlərdən biri də təhlükəsiz kommunikasiyadır və Rusiyanın əlində olan yeni tipli belə sistemlər onu Azərbaycandan qoruya bilər.

Vezemen bildirir ki, ümumiyyətlə Rusiyanın Ermənistan ordusunu müasirləşdirmək imkanları genişdir:

“S-300-lər, S-400-lər kimi uzaqmənzilli havadan müdafiə sistemləri, müasir radar sistemləri, raketləri olan müxtəlif növ döyüş helikopterləri, müəyyən qədər dron əleyhinə olan portativ hava müdafiə sistemləri Ermənistanın ehtiyacı olan müasir Rusiya silahları ola bilər. Bu silahlarla Ermənistan Azərbaycandan gələn təhlükələri dəf edə bilər. Amma Ermənistanın bunları almaq üçün maliyə imkanı varmı və Rusiya bu silahları Ermənistana verəcəkmi, bu, sualdır. Çünki bu silahları verməsi, Rusiyanın münaqişədə açıq tərəf tutmasıdır”.

Saymon Vezemenin bu dəyərləndirmələri Azərbaycan və Ermənistan ordularında duruma dair Stokholm Beynəlxalq Sülh Tədqiqatlar İnstitutunun əldə edə bildiyi məlumatlara əsaslanır.

Amma peşəkar hərbçilər bir qayda olaraq orduların real durumunun açıq mənbələrdə olan informasiyalardan fərqli olduğunu deyirlər.

Ermənistanda ordunun təchizatının yenilənməsi barədə xəbərlərlə eyni vaxtda, Azərbaycanda da prezidenti də son aylar etdiyi çıxışlarında ordunun ən müasir silahlarla təchizatı üçün Rusiyadan başqa, İsrail və Türkiyə ilə sıx əməkdaşlıq etdiyini bildirir.

XS
SM
MD
LG