Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:36

Rusiyada dinc etirazlar keçirmək ‘qeyri-mümkün hala gəlir’


Moskvada vaksinasiyaya etiraz aksiyası, iyun, 2021-ci il
Moskvada vaksinasiyaya etiraz aksiyası, iyun, 2021-ci il

Londonda yerləşən qurum hakimiyyəti qanunları Konstitusiyaya və beynəlxalq insan haqları öhdəliklərinə uyğunlaşdırmağa çağırır


Rusiya hakimiyyəti əhalinin dinc etiraz hüququnu elə bir həddə qədər boğub ki, rusiyalıların hər hansı yolla etirazı qeyri-mümkündür. Bunu “Amnesty International” insan haqları təşkilatı avqustun 12-də bildirib.

“Rusiyada hakimiyyət getdikdə daha məhdudlaşdırıcı qanunlar, sərt polis taktikası və kriminal təqiblərlə dinc toplaşma azadlığı hüququnu aşındırıb”, – qurumun “Rusiya: etiraz üçün yer yoxdur” adlı hesabatında deyilir. Hesabat gələn ay keçiriləcək parlament və yerli seçkilər öncəsi açıqlanıb.

Hesabatda dinc etirazların məhdudlaşdırılması sənədləşdirilib. Amnesty bütün bunların 2004-cü ildə qəbul olunmuş Toplantılar haqqında Federal Qanunla başladığını, son illər gücləndiyini bildirir.

Cinayət, yoxsa...?

“Rusiya hakimiyyəti illərlə inanılmaz inadkarlıq və ixtirayla sərbəst toplaşma hüququnu məhdudlaşdırıb”, – qurumun Rusiya üzrə tədqiqatçısı Oleq Kozlovski deyib.

“Nəticədə dövlət rəsmiləri dinc küçə etirazına cinayət kimi baxmağa başlayıblar. Bunu hələ də hüquqları hesab edən rusiyalılar üçüncə bir qəhrəmanlığa çevrilib”, – o əlavə edib.

Kozlovskinin sözlərinə görə, Rusiya hakimiyyəti sərbəst toplaşma azadlığını həqiqi anlamından məhrum etmək üçün 16 il ərzində qanunvericiliyə 13 dəfə dəyişiklik edib.

13 böyük dəyişikliyin 9-u məhz sərbəst toplaşma hüququnu məhdudlaşdırmağı hədəfləyib və 2014-cü ildən tətbiq olunub.

Hesabatda Kozlovskinin dediyi kimi, polisin aşırı gücdən istifadəsi də sənədləşdirilib. Onların “etirazçılara qarşı xüsusi döyüş texnikasına əl atdığı, onları dəyənəklə amansızcasına döydüyü, bu ildənsə elektroşok silahları ilə hücum etdiyi” qeyd olunur.

Qarabağda son olaylara Moskva və Ankaradan ekspert baxışları
Gözlə

No media source currently available

0:00 0:04:33 0:00

Çağırış

Londonda yerləşən qurum hakimiyyəti qanunları Konstitusiyaya və beynəlxalq insan haqları öhdəliklərinə uyğunlaşdırmağa çağırır. Həmçinin spontan dinc etirazlara sayqı göstərməyə səsləyir.

Hesabatda hökumətə müraciət olunur ki, gözlənən seçkilər fərqli mühitdə keçirilsin.

“Gələn aykı parlament seçkiləri rusiyalılara fürsət verəcək ki, sərbəst toplaşma azadlığı daxil olmaqla insan haqlarının təbliğ və qorunmasına yanaşmasını dəyişsin”, – qurum bildirir.

“Seçkilərə namizədlərə və gələcək deputatlara xatırlatmaq istəyirik ki, dinc etiraz hüququnu verib, sonra geri ala bilməzsiniz. Hamının buna haqqı var və hökumət buna sayqı göstərməli, qorumalı və təbliğ etməlidir, enerjisini bu hüquqa zərbə vurmağa deyil, onun təminatına yönətlməlidir”, – Kozlovki vurğulayıb.

XS
SM
MD
LG