Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 13:48

Rusiya prezidenti yanında şura ‘saxta xəbər’ qanununu qəbul etməməyə çağırır


Rusiya parlamentinin yuxarı palatası Federasiya Şurası
Rusiya parlamentinin yuxarı palatası Federasiya Şurası

Kremlin insan haqları şurası Rusiya parlamentinin yuxarı palatasını “saxta xəbərləri”, habelə Rusiya dövlət və cəmiyyətini təhqir kimi qiymətləndirilə biləcək materailları qadağan edən qanunları rədd etməyə çağırıb.

Prezident yanında şuranın martın 11-də öz saytında dərc etdiyi bəyanatda deyilir ki, əgər qüvvəyə minərsə bu qanunlar ifadə azadlığını məhdudlaşdıracaq.

Bəyanatda Federasiya Şurası,aşağı palata – Dövlət Dumasının martın 7-də qəbul etdiyi qanunları geri qaytarmağa çağırılır.

Bu qanun layihəsi hakimiyyət orqanlarına “saxta xəbər” hesab etdikləri materialları dərc edən internet saytlarını bloklamaq, habelə Rusiyanın dövlət simvollarının, dövlət rəsmilərinin və Rusiya cəmiyyətinin təhqiri sayıla biləcək materialların dərcuinə görə cərimələmək imkanı verir.

Prezident şurası öz bəyanatında Avropa İnsan Haqları Konvensiyasına istinad edir və bildirir ki, insanların ifadə azadlığı onların ifadə etdiklərinin doğruluğunun yalnız şübhə doğurması əsasında məhdudlaşdırıla bilməz.

Prezident yanında insan haqları şurası yalnız məşvərət funksiyasına malikdir və onun çağırışları çox vaxt prezident Vladimir Putin, onun hökuməti və ya hakim Vahid Rusiya partiyası tərəfindənnəzərə alınmır.

Bəyanatda habelə deyilir ki, qanun layihəsində nəzərdə tutulmuş cərimələrin məbləği xeyli yüksəkdir və bu faktiki olaraq sözü gedən medianın qapanması ilə nəticələnə bilər.

Əslində “saxta xəbər” qanunları Rusiyanın mediaya dövlət nəzarətçisi Roskomnadzora nəyin saxta xəbər olduğunu müəyyən etmək səlahiyyəti verir.

Qanun layihələrində dərc edilmiş “saxta xəbər” üçün fərdlərin 100 min rubl (1515 dollar), ictimai xadimlərin 200 mim və şirkətlər üçün 500 min rubl civarında nəzərdə tutulur.

“Saxta xəbər” qanununda deyilir ki, rəsmən Roskomnadzorda qeydiyyatdan keçmiş nəşrlərə bloklanmanın qarşısını almaq üçün sözü gedən materialı silmək imkanı verilir.

Beləliklə Roskomnadzorda qeydiyyatı olmayan internet saytları və başqa nəşrlər xəbərdarlıqsız bloklana bilər.

Başqa bir qanun layihəsində Rusiya hakimiyyət orqanlarını, nazirlikləri, dövləti, ictimaiyyəti, bayrağı və Konstitusiyanı təhqirə görə 100 min rubl cərimə nəzərdə tutulub.

Bu əməli təkrar törədənlər üçün cərimə daha böyük ola bilər. Buna görə bəzi hallarda 15 günədək həbs də nəzaərdə tutulub.

İnternet saytlarına Roskomnadzorun təhqir saydığı materialları silmək üçün 24 saat vaxt verilir və bundan sonra material çıxarılmazsa, sayt bağlanır.

Bu qanun Federasiya Şurasından keçərsə, imzalanma üçün prezident Putinə veriləcək.

XS
SM
MD
LG