Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:08

Rusiyada nazir vəfat edib


Yevgeni Ziniçev
Yevgeni Ziniçev

55 yaşlı Ziniçev 2018-ci ildən nazir vəzifəsində idi.

Müstəqil RBK, Tayga.info və RTVi media portalları isə adlarını çəkmədikləri mənbələrə istinadla yazırlar ki, Ziniçev Norilskin 120 km-dı yerləşən Lama gölü yaxınlığında turist məkanında vəfat edib.

RBK və RTVi-nin mənbələrinin deməsinə görə, Ziniçev təlimlərin açılışından bir gün sonra Putoranski Təbii Qoruğuna gedəndən sonra dünyasını dəyişib.

Bu məlumatları müstəqil təsdiqlətmək mümkün olmayıb.

RT-nin baş redaktoru Marqarita Simonyan isə tvitində yazıb ki, Ziniçev qayalıqdan sürüşüb yıxılmış kameramanı tutmaq istəyərkən özü də yıxılıb. O, şahidlərə istinadla operatorun öldüyünü yazıb.

Fövqəladə Hallar Nazirliyi daha sonra ölən kameramanın tanınmış rejissor Aleksandr Melnik olduğunu bildirib. Onun 63 yaşı vardı.

***

Rusiyanın Fövqəladə Hallar naziri Yevgeni Ziniçev həlak olub. Bu haqda nazirliyin mətbuat xidməti məlumat yayıb, hadisənin təlimlər vaxtı baş verdiyini bildirib.

Nazirin Norilskdə idarələrarası təlimlər zamanı bir nəfərin həyatını xilas edərkən faciəvi şəkildə həlak olduğu qeyd edilir.

Nazirliyin sentyabrın 8-də yaydığı məlumata görə, Krasnoyarsk diyarına işçi səfər edən Ziniçev region qubernatoru Aleksandr Uss ilə birlikdə Norilskdə yeni yanğınsöndürmə xidmətinin tikintisini yoxlayıblar.

“Y.Ziniçev Arktik zonada irimiqyaslı təlimlərin keçirilməsi ilə əlaqədar regionda işçi səfərdədir. O, bölmələrin fövqəladə halların neytrallaşdırılması üzrə tapşırıqları necə icra etməsini şəxsən yoxlayıb”, – məlumatda deyilir.

55 yaşlı Ziniçev 2018-ci ildən nazir vəzifəsində idi.

O, 2006-2015-ci illərdə indiki prezident Vladimir Putinin şəxsi adyutantı olub. Sonradan bir neçə dövlət qulluğunda çalışıb, 2018-ci ilin mayında Dmitri Medvedev hökumətinə daxil olub.

XS
SM
MD
LG