Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:57

Sorğu: Rusiyalıların üçdə ikisi Ukraynaya qarşı müharibəni dəstəkləyir


Moksva küçələrindən birində
Moksva küçələrindən birində

Rəyi soruşulan rusiyalıların üçdə ikisi və ya başqa sözlərlə 63 faizi Ukraynaya qarşı Moskvanın “xüsusi hərbi əməliyyat” adlandırdığı tammiqyaslı müharibəni dəstəkləyir.

Çikaqo Universiteti İctimai Rəyin Öyrənilməsi Mərkəzinin yanvarın 9-da açıqladığı rəy sorğusunun nəticələrində belə deyilir.

Bildirilir ki, rəy sorğusu ötən ilin sonlarında telefon vasitəsilə aparılıb.

Rusiyada və onun ilhaq etdiyi Krımda rəyi soruşulmuş 1046 respondentin 67 faizi Rusiya prezidenti Vladimir Putinin apardığı xarici siyasəti bəyəndiyini bildirib.

Respondentlərin 64 faizi Ukraynaya qarşı müharibəni Rusiya və Qərb arasında “sivilizasiya qarşıdurmasının təzahürü” hesab etdiyini bildirib.

Birbaşa, yoxsa dolayısı ilə suallar

ABŞ Müharibə Tədqiqatları İnstitutunun (ISW) ekspertləri bildirirlər ki, bu rəy sorğusunun nəticələri bu yaxınlarda Rusiyada aparılmış başqa rəy sorğularının nəticələri ilə ziddiyyət təşkil edir.

Həmin sorğular rusiyalılar arasında müharibəyə dəstəyin azaldığını göstərmişdi.

Amma bu da qeyd olunmalıdır ki, Rusiyada işləyən başqa sosioloji xidmətlər son vaxtlar rusiyalıların müharibəyə olan münasibətini Çikaqo ekspertlərindən fərqli olaraq birbaşa suallar verməməklə öyrənməyə çalışırlar.

Məsələn 2023-cü ilin oktyabrında Levada mərkəzinin apardığı rəy sorğusu göstərib ki, respondentlərin üçdə biri və ya 34 faizi prezident Vladimir Putinin müharibəni dayandırmaq və işğal olunmuş əraziləri Ukraynaya qaytarmaq qərarını dəstəkləyərdi.

Bununla yanaşı Putinin müharibəni işğal olunmuş əraziləri qaytarmamaq şərtilə dayandırmasına dair mümkün qərarını respondentlərin 70 faizi dəstəklədiyini bildirib.

XS
SM
MD
LG