Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:33

Rusiya ‘ölüm orkestrinə çalğıçılar’ yığır


Rusiya prezidenti Vladimir Putin bundan əvvəl Rusiyada muzdlu döyüşçülərin və özəl hərbi şirkətlərin olmasını inkar edirdi

Rusiyanın Yekaterinburq şəhərinin küçələrində “Wagner” özəl hərbi şirkətinin dəstələrinə üzvlüyə çağıran reklam stendi peyda olub.

“Putinin aşpazı” ləqəbi ilə tanınan Yevgeni Priqojinə bağlı olduğu deyilən bu qurumun muzdlu döyüşçüləri Liviya, Suriya, Ukrayna və dünyanın başqa ölkələrindəki münaqişələrdə iştirak edirlər.

Rusiya prezidenti Vladimir Putin bundan əvvəl Rusiyada muzdlu döyüşçülərin və özəl hərbi şirkətlərin olmasını inkar edirdi.

Bu barədə məlumatı teleqram kanalında Kremlə bağlı bloger Sergey Kolyasnikov yayıb.

O hətta reklam stendinin fotosunu da əlavə edib.

Plakatda hərbi geyimli kişilər, Rusiyanın dövlət bayrağı təsvir olunub və “Orkestr "W" səni gözləyir” yazılıb.

Plakatları çap edən sayt may ayında qeydiyyatdan keçib, lakin onun kimə məxsus olduğu bildirilmir.

Bu barədə RBK agentliyinin muzdluların Ukrayna müharibəsinə göndərilməsinə dair təhqiqatında məlumat verilirdi.

Sözü gedən saytda Suriyanın Palmira şəhərində çəkilmiş videçarx və səfərbərlik məntəqlərinin telefonları yerləşdirilib.

Dağıstanda verilən maaşdan 650 faiz çox

RBK müxbiri iyulun əvvəllərində belə məntəqələrdən üçü ilə əlaqə saxlaya bilib. Ona namizədlərdən nə tələb olunduğu barədə müfəssəl məlumat verilib.

Jurnalistə ayda 240 min rubl (4111 dollar) nağd maaş təklif olunub. Bu, Çukotka üzrə orta aylıq əməkhaqqından 84 faiz çoxdur.

Rusiya Statistika İdarəsi – Rosstatın məlumatına görə ən yüksək maaşlar məhz Çukotkada verilir.

Muzdlulara təklif olunan maaş İvanovsk vilayətində və ya Dağıstandakı maaşlardan 650 faiz çoxdur.

Müşahidəçilər bildirirlər ki, Moskvanı muzdlulara belə yüksək maaşlar verməyə vadar edən onun Ukrayna cəbhələrində verdiyi ağır itkilərdir.

Bu da qeyd olunur ki, Ukraynada həlak olanların əksəriyyəti ən yüksək döyüş qabiliyyəti olan hərbi hissələrin müqaviləli döyüşçüləridir.

Bu itkilərdən sonra Rusiyanın müxtəlif regionlarında muzdlulardan ibarət dəstələrin yaradılmasına başlanıb, “Wagner” özəl hərbi şirkətinin döyüşçüləri isə Luhansk cəbhəsinin ən ağır sektorlarına göndərilib.

XS
SM
MD
LG