Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 18:34

‘Stalin şokoladının’ satışı dayandırılıb


İosif Stalin
İosif Stalin

Rusiyanın ikinci böyük şəhəri olan Sankt Peterburqdakı muzeylərdən birində ictimai narazılıqdan sonra üzərində sovet diktatoru İosif Stalinin şəkli olan şokoladın satışı dayandırılıb.

"Rus muzeyinin" administrasiyası dekabrın 16-da AzadlıqRadiosuna bildirib ki, sözü gedən şokoladlar kafenin piştaxtalarından yığışdırılıb, onun internetdəki reklamı isə silinib.

Muzeyin müdiriyyəti deyir ki, bu şokoladların kafedə satılmasından xəbərsiz olub.

Bundan bir gün əvvəl Vadim Fialko adlı bir Facebook istifadəçisi üzərində Stalinin şəkli olan şokoladın fotosunu öz səhifəsində yerləşdirmişdi.

Fialko yazır ki, o kafedə kappuçino qəhvəsi sifariş edəndə, ona həmin şokoladdan da verilib.

Sözü gedən Facebook məlumatı tezliklə sosial şəbəkədə yayılıb və hay-küyə səbəb olub.

AzadlıqRadiosu xəbər verir ki, son vaxtlar Rusiya boyunca müxtəlif yerlərdə Stalinin heykəlləri qoyulub.

Rusiyanın dövlət mediası Stalini bacarıqlı rəhbər, faşizm üzərində qələbənin ilhamçısı kimi təbliğ edir.

Kremlin bu təbliğatında Stalin rejimi zamanı milyonlarla insanın Sibir və Qazaxıstanın düşərgələrində məhv edilməsinin, kütləvi repressiya və edamların üzərindən sükutla keçilir.

Bundan başqa II Dünya Müharibəsi illərində bütöv etnik qruplar kütləvi cəza olaraq Mərkəzi Asiyaya sürgün edilib.

XS
SM
MD
LG