Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:07

Moskva NATO və Rusiya qırıcıları arasında insident yaşandığını iddia edir


Rusiya Müdafiə Nazirliyinin yaydığı videodan: F-18 (yuxarıda) və Su-27 qırıcıları
Rusiya Müdafiə Nazirliyinin yaydığı videodan: F-18 (yuxarıda) və Su-27 qırıcıları

Rusiyanın Müdafiə Nazirliyi iddia edir ki, Rusiyanın Su-27 qırıcıları müdafiə naziri Sergei Shoigu-nu daşıyan təyyarəyə yaxınlaşdığına görə NATO-nun F-18 qırıcısını “qovublar”.

Nazirin təyyrəsi neytral sular üzərində uçurdu.

TASS xəbər agentliyinin məlumatında deyilir ki, insident baş verəndə Shoigu avqustun 13-də Rusiyanın Kalininqrad vilayətindən Baltik dənizinin üzəri ilə Moskvaya gedirdi.

Xəbərdə deyilirdi ki, Shoigu-nun təyyarəsində TASS agentliyinin müxbiri də vardı. Təyyarənin tipi barədə məlumat verilmir.

NATO bu xəbərə heç bir şərh verməyib.

Rusiya mediasının xəbərlərində deyilir ki, Shoigu-nun təyyarəsini iki Su-27 qırıcısı müşayiət edirdi.

Sergei Shoigu
Sergei Shoigu

TASS bundan əvvəl xəbər vermişdi ki, Shoigu Kalininqrada orada Naximov Dənizçilik Məktəbinin filialının açılışında iştirak etmək üçün getmişdi.

Rusiya mediası Shoigu-nun təyyarəsinin Baltik dənizi üzərində NATO təyyarəsi tərəfindən qısnandığı barədə 2017-ci ilin iyununda da yazmışdı. O vaxt da NATO qırıcısının Rusiya döyüş təyyarələri tərəfindən “qovulduğu” bildirilirdi.

NATO o vaxt təyyarəsinin qovulduğu barədə xəbərləri təkzib etmişdi.

Rusiya özünün hərbi əzələlərini nümayiş etdirməyə başlayandan NATO ilə onun təyyarələri arasında insidentlərin sayı artıb.

XS
SM
MD
LG