Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:13

Ekspert: Rusiya hərbi kontingentindən Qarabağda baza formalaşdırmaq istəyə bilər


Qarabağ ermənilərinin əliylə Paşinyanı devirmək planı: Rusiya Xankəndidən çıxacaqmı?
Gözlə

No media source currently available

0:00 0:13:27 0:00

Qarabağ ermənilərinin əliylə Paşinyanı devirmək planı: Rusiya Xankəndidən çıxacaqmı?

Oktyabrın 10-da Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının iki hərbi gəmisi Bakıya gəldi. Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bu, "qeyri-rəsmi dostluq səfəri" kimi təqdim edildi.

Elə həmin gün Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev də Bakıya səfər etdi. Rəsmi açıqlamaya görə, prezident İlham Əliyevlə onun görüşü zamanı "Şimal-Cənub" Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi istiqamətində Azərbaycan-Rusiya-İran arasındakı əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

E.Nəsirov
E.Nəsirov

"Azərbaycanla Rusiyanın daha çox yaxınlaşması..."

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Elman Nəsirov "Turan"a bildirib ki, Azərbaycanla Rusiyanın bir-birinə daha çox yaxınlaşması digər güc mərkəzlərindən uzaqlaşma anlamına gəlmir: "Azərbaycan dövləti və şəxsən bu siyasəti müəyyən edən prezident İlham Əliyev Azərbaycan xalqının maraqlarını təmin edən müstəqil xarici siyasət həyata keçirir. Eyni zamanda, müxtəlif güc mərkəzləri ilə bərabər məsafədə dayanmağı bacaran siyasətini aparır. Yəni, bizim Moskva ilə münasibətlərdə istiləşmə tendensiyası Vaşinqton və ya Brüssel əleyhinə deyil. Vaşinqton və ya Brüssellə bu və ya digər məsələlərdə yaxınlaşma da Kremldə heç də antirusiya addım kimi qarşılanmır".

Onun fikrincə, Ermənistanın antirusiya münasibəti fonunda Rusiyanın siyasi elitasının Azərbaycanla Ermənistanı müqayisə etmək imkanları daha da genişlənib: "Bu halda Azərbaycana olan hörməti, etimadı daha da yüksəlmiş olur".

F.Qəhrəmanlı
F.Qəhrəmanlı

"...Azərbaycan hakimiyyəti üzərinə müəyyən öhdəliklər götürüb"

Müxalif siyasətçi Fuad Qəhrəmanlı isə düşünür ki, Rusiya Bakıya raketdaşıyan gəmi göndərməklə açıq şəkildə əzələ nümayiş etdirdi: "Belə görünür ki, Qarabağdakı birgünlük hərbi əməliyyatlarda Rusiyanın neytrallığı müqabilində Azərbaycan hakimiyyəti öz üzərinə müəyyən öhdəliklər götürüb. Əslində Qarabağın separatçılardan azad edilməsi prosesinə hakimiyyətin 44 günlük savaşda olduğundan fərqli, daha susqun qalması bu baxımdan müəyyən şübhələrə yol açmışdı. İndi isə bəlli olur ki, Rusiya Azərbaycanın üzərinə qoyduğu şərtlərin yerinə yetirilməsi üçün konkret addımlar atılmasını istəyir".

Onun sözlərinə görə, Rusiyanın Qarabağda 25 gözətçi məntəqəsi yaratmağa başladığını bəyan etməsi onu göstərir ki, Qarabağda erməni əhali qalmadığı (az qaldığı bildirilir) üçün indi də sülhməramlı fəaliyyəti yeni bir forma ilə əvəzləməyə çalışırlar: "Absurda baxın, guya, onlardan alınmış sınıq-salxaq silahları müxtəlif anbarlara yığıb qorumaq lazım imiş. Bu müsadirə olunmuş silahlar ya Azərbaycan ordusunun balansına verilməli, ya da ki, ən pis halda Rusiyanın sərəncamına keçməli idi.... İndi onlar müsadirə edilmiş silahların mühafizəsi adı altında özlərinin nəzarət edəcəyi və Azərbaycan ordusunun daxil ola bilməyəcəyi ərazilər, obyektlər yaratmaqla Qarabağda hərbi baza qurmaq üçün zəmin yaradırlar. Demək ki, rusların 2025-ci ildən sonra da Qarabağı tərk etmək kimi bir niyyətləri də yoxdur".

"Azərbaycanın nəbzini yoxlayırlar"

E.Şahinoğlu
E.Şahinoğlu

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da AzadlıqRadiosuna bildirib ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Bakıya səfəri bu ölkənin Azərbaycanda olan hərbi kontingenti ilə də bağlı ola bilər: "Əslində həmin hərbi kontingentə Qarabağda ehtiyac yoxdur, çünki separatçılar artıq tərksilah olunub, Azərbaycan ordusu və polisi Xankəndinə daxil olub, erməni əhalinin sayı o qədər də çox deyil".

Politoloq qeyd edib ki, məntiqlə postların azalması Rusiya hərbi kontingentinin 2025-ci ilə qədər Qarabağdan çıxacağından xəbər verir: "Amma son vaxtlar Rusiyadan fərqli açıqlamalar eşidilir. Rusiya xarici işlər nazirinin müavini və nazirin özü bildirdilər ki, Rusiyanın kontingentinə burada hələ ehtiyac var. Sanki Kremldə toplaşıblar və belə qərara gəliblər ki, Qarabağdakı kontingenti çıxarmasınlar. Patruşevin səfəri məhz bununla bağlıdır, onlar Azərbaycanın nəbzini yoxlayırlar".

E.Şahinoğlu hesab edir ki, Rusiya hərbi kontingentindən baza formalaşdırmaq istəyə bilər və bu, ən təhlükəli variantdır: "Ona görə də Azərbaycan hökuməti çalışmalıdır ki, Patruşevi və Kremlin digər emissarlarını inandırsın ki, tərəfdaşlıq naminə hərbi kontingentin bölgədən çıxarılmasına ehtiyac var".

Qarabağda rus sülhməramlıları: Gürcüstan və Moldova Rusiya hərbçiləri öz ərazilərindən çıxara bilmir
Gözlə

No media source currently available

0:00 0:12:31 0:00

Xatırlatma

1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ vilayəti və ətraf 7 rayonunu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin ərazilərə, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Ancaq tərəflər (Ermənistan və Azərbaycan) sülh sazişi imzalamayıb, Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib. (ilkin razılaşma 5 ildir).

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" başlatdığını elan edib. Yerevan bunu "etnik təmizləmə" və "təcavüz" kimi dəyərləndirib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər, silahlarını təhvil veriblər. Bundan sonra erməni sakinlərin regiondan Ermənistana axını başlayıb.

XS
SM
MD
LG