Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:50

Rusiya Sladkoye gölünü Qazaxıstana verib, yoxsa..?


Sladkoye gölünün kosmosdan görünüşü /Google Maps
Sladkoye gölünün kosmosdan görünüşü /Google Maps

Sosial şəbəkələrdə Rusiyanın sərhədlərin demarkasiyasından sonra Sladkoye gölünün qalan hissəsini tamamilə Qazaxıstana verməsi barədə xəbər müzakirə olunur.

Google Maps-dən götürülmüş məlumata görə, Novosibirsk vilayətinin Kupinski rayonunun Pokrovka kəndi yaxınlığında yerləşən gölün səthinin sahəsi 45 hektardır. Bunun 14 hektarı Rusiya ərazisində yerləşirdi. Söhbət məhz bu 14 hektarın Qazaxıstana verilməsindən gedir.

Əvvəllər sərhəd gölün üzərindən keçirdi.

Buna da bax:​ Rusiya “Sladkoe” gölünü Qazaxıstana verdi

“Göldə balıq yoxdur”

Sladkoye gölünün Rusiya hissəsinin Qazaxıstana verilməsi haqda məlumat hələ avqustun 10-da Kupinski rayon administrasiyasının saytında çıxıb. Ancaq KİV buna yalnız ayın 15-də fikir verib.

Daha öncə Kupinski rayon administrasiyasının saytında deyilirdi ki, ov mövsümündə bu gölü həm yerli sakinlər, həm də Novosibirsk və Omsk vilayətindən gələnlər ziyarət edirlər. Ancaq sonradan bu məlumat silinib. İndi "sərhəd rejiminin pozulmasının qarşısını almaq üçün" rayon rəhbərliyi ovçu birliklərinin "yerli əhali arasında sərhəd pozuntusunun yolverilməz olduğu barədə söhbət aparmasını" xahiş edir.

Administrasiya rəhbəri Vladimir Shubnikov bəyan edib ki, göldə balıq yoxdur və "bu demarkasiya iqtisadi fəaliyyətə təsir göstərmir". "Sladkoye gölü yarı göl, yarı bataqlıqdır, tamamilə faydasızdır", – deyə Shubnikov bildirib.

Buna da bax:​ Rusiya Baltik dənizində sahili tutmağı məşq edir

“Məlumat əsassızdır”

Sonradan Shubin bu məlumatı TASS müxbirinə də təsdiqləyib. O deyib ki, 20 il öncə müəyyən edilmiş mövcud sərhəd gölün suyundan keçirdi, indi isə onu şərq, yəni Rusiya sahilinə keçirmək planlaşdırılır. Beləliklə, bütün Sladkoye gölü Qazaxıstana aid olacaq.

Ancaq artıq avqustun 15-də axşam internetdə hay-küyə səbəb olmuş səhifə pozulub (indi ona sadəcə buradan baxmaq olar), Vladimir Shubin-in özü isə vaxtın gec olduğunu bəhanə gətirərək jurnalistlərin suallarına cavab verməkdən imtina edib.

Novosibirsk vilayətinin qanunverici məclisi sədrinin birinci müavini Andrei Panferov Shubnikov-la görüşdüyünü deyib. O bu görüşə istinadən bildirib ki, Sladkoye gölünün Qazaxıstana verilməsi haqda məlumat əsassızdır. "Bu, boşluqdan yaranan söhbətlərdən başqa bir şey deyil", – deputat deyib.

Buna da bax:​ Postsovet ölkələrində biznes mühiti yaxşılaşır

Gölü verməyiblər. O, sadəcə “quruyub”

Avqustun 16-da səhər Federal Təhlükəsizlik Xidmətinin (FSB) regional sərhəd idarəsinin rəsmisi RIA Novosti agentliyinə bildirib ki, əslində Sladkoye gölü tədricən quruduğuna görə Qazaxıstan ərazisində görünür. Onun sözlərinə görə, həmin yerdə sərhədin yeri dəyişdirilməyib və indi sərhəd gölün şərq sahilindən keçir. "Beləliklə, Rusiya Qazaxıstana heç nə verməyib. Sərhəd əvvəlki yerdən keçir", – deyə o qeyd edib.

"Novosibirsk vilayətinin Kupinski rayonundakı Sladkoye gölü ərazisində Rusiyanın dövlət sərhədinin Qazaxıstanın xeyrinə dəyişdirilməsi baş verməyəcək", – deyə Rusiyanın Təbiət naziri Sergei Donskoy bildirib. Nazir deyib ki, payızda göl öz əvvəlki halına qayıdacaq və iki ölkə arasında sərhəd qurudan yox, sudan keçəcək.

Buna da bax:​ Qazaxıstan sanksiyalarla bağlı ABŞ şirkətlərinə təminat verib

Qazaxıstan nə deyir?

Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anuar Zhainakov bildirib ki, ölkə Rusiyadan Novosibirsk vilayətindəki Sladkoye gölünü almayıb. "Rusiyanın gölü Qazaxıstana "bağışladığını" demək düzgün deyil, çünki gölün bir hissəsi əvvəldən Qazaxıstan Respublikasının ərazisində yerləşir", – Zhainakov deyib.

Qazaxıstanın Rusiyadakı səfirliyində isə bildiriblər ki, Sladkoye gölü yalnız bir hissəsi ölkənin mülkiyyətinə keçəcək. "Komissiya aydınlaşdırıb ki, dövlət sərhədi bu su hövzəsini Qazaxıstanın xeyrinə 70:30 nisbətində bölür... Heç bir tənzimləmə və mübadilə baş verməyib. ...Müəyyən edilmiş sərhəd işarələrinin yeri tamamilə Komissiyanın təsdiq etdiyi delimitasiya və layihə koordinatlarına uyğun gəlir", – səfirliyin mətbuat xidmətinin rəsmi məlumatında deyilir.

XS
SM
MD
LG