Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:08

Rusiyada 2 min 500 etirazçı saxlanıb. Çağırışçı hərbi komissarı güllələyib


Moskvada etiraz
Moskvada etiraz

Telegram-da yayılan çoxsaylı videoların birində iki polis əməkdaşı bir nəfərin qollarından yapışıb, başını əyir, üçüncü isə onu döyür

İrkutsk vilayətinin qubernatoru İqor Kobzev sentyabrın 26-da deyib ki, Ust-İlimskdə güllələnən hərbi komissarın vəziyyəti ağırdır.

Rusiya İstintaq Komitəsi “qətlə cəhd, qanunsuz silah saxlama, daşıma və istifadə” üzrə təhqiqat başlandığını bildirib.

Rusiyada səfərbərliyə etiraz aksiyalarında 2 min 500 nəfərin saxlandığı xəbər verilir. Ölkə boyunca bir neçə komissarlıq, digər administrativ bina yandırılıb.

Ən böyük etiraz həftəsonu Mahaçqalada keçirilib.

+++

Rusiyanın İrkutsk vilayətində Ust-İlimskdə çağırışçı hərbi komissarı güllələyib. Hadisə yerindən çəkildiyi deyilən videonu “Babr Mash” nəşri yayıb.

Hərbi komissarın xəstəxanaya yerləşdirildiyi, reanimasiyada olduğu, çağırışçının polis tərəfindən saxlandığı deyilir.

“Mash” saxlananın 25 yaşlı Ruslan Zinin olduğunu yazır. O, bazar ertəsi səfərbərliyə cəlb olunmalıymış. Zininin komissarlığa silahı necə keçirdiyi bəlli deyil. O, atəş açmazdan öncə “İndi hamımız evə gedəcəyik” deyib.

+++

Rusiyada qismən səfərbərliyə etiraz aksiyalarında saxlananların sayı 840-ı keçib. Etirazlar 35 şəhərə yayılıb. Hətta Kremlə yaxın bəzi tanınmış şəxslər belə çağırışın həyata keçirilməsi yolları haqda suallar qaldırırlar.

OVD-Info insan haqları qrupunun məlumatına görə, sentyabrın 26-dək ölkə boyunca azı 842 nəfər saxlanıb, onların təxminən yarısı Moskvanın payına düşür.

Rusiyadakı azərbaycanlılar səfərbərlik haqda: ‘Böyük narahatıq var’
Gözlə

No media source currently available

0:00 0:15:56 0:00

Yalnız adları təsdiqlənən etirazçılar...

Rusiyada siyasi həbslərin monitorinqini aparan qrup bildirir ki, polisin açıqladığı saydan daha çox saxlanan ola bilər, qurum yalnız adlarını təsdiqləyə bildiyi şəxslər haqda məlumat yayır.

OVD-Info-nun sentyabrın 25-də açıqladığı siyahıya Rusiyanın cənubunda yerləşən Dağıstanın paytaxtında səfərbərliyə etiraz edənlər arasında mümkün həbslər daxil deyil.

Prezident Vladimir Putin sentyabrın 21-də Ukraynada müharibə aparan qüvvələrin gücləndirilməsi üçün qismən səfərbərlik elan edib.

Mətbuat Şurasının 8-ci qurultayında olanlar
Gözlə

No media source currently available

0:00 0:03:41 0:00

Mahaçqalada etirazlar

Vesna müxalifət qrupu və həbsdə olan müxalifətçi Aleksey Navalnı səfərbərliyə qarşı etirazlara çağırıb.

Rusiya mediasında yayılan təsvirlərdə polis nümayişçilərə qarşı gücdən istifadə edir, saxlanan gənclərin çoxuna çağırış vərəqi göndərildiyi bildirilir.

Sentyabrın 25-də Dağıstanın paytaxtı Mahaçqalada polis səfərbərliyə etiraz edənləri dağıdıb.

Telegram-da yayılan çoxsaylı videoların birində iki polis əməkdaşı bir nəfərin qollarından yapışıb, başını əyir, üçüncü isə onu döyür.

Cəzalar

Rusiyanın 2014-cü ildə işğal və ilhaq etdiyi Ukraynanın Krım yarımadasında isə günün sonunda səfərbərliyin başa çatacağı bildirilib. Bu iddia məcburi səfərbərliklə bağlı narahatlığı gücləndirir.

Rusiya Ukraynada tutduğu ərazilərdə itki verdiyi, bəzi yerlərdən çıxarıldığı bir dönəmdə hakimiyyət qismən səfərbərlik elan edib. Ukrayna qüvvələrinə könüllü təslim olan, yaxud səfərbərlikdən imtina edənlərə qarşı cəzaları sərtləşdirib.

Rusiya rəsmiləri ehtiyatda olan 300 min nəfərin səfərbər olunacağını desə də, xarici media real məqsədin 1 milyon çox əsgər cəlbi olduğunu yazıb. Kreml bu iddianı təkzib edib.

Moskvanın açıqladığı son itki sayı 6 minə yaxındır. Qərb rəsmiləri isə bu rəqəmin 70 min – 80 min olduğunu deyirlər.

“Şikayətlər gəlir”

Dövlətin dəstəklədiyi RT media orqanının baş redaktoru Marqarita Simonyan sentyabrın 24-də Telegram kanalında yazıb ki, yaşı 35-dək olanların çağırılacağı deyilsə də, “çağırışlar 40 yaşlılara da əhatələyir”.

“Adamları qəzəbləndirirlər, sanki bilərəkdən, sanki acıqdan”, – Simonyan çağırış orqanları haqda belə deyib.

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Telegram postunda yazıb ki, çağırışa uyğun gəlməyənlərin cəlb olunması haqda xəbərlərdən agahdır.

Dövlət Dumasının spikeri Vyaçeslav Volodin də ayrıca postunda “şikayətlər gəldiyini” qeyd edib.

“Səhvə yol verilibsə, bunu düzəltmək lazımdır. Hər bir səviyyədə səlahiyyətli orqanlar məsuliyyətlərini anlamalıdırlar”, – o deyib.

XS
SM
MD
LG