Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:19

Rusiya səfirliyi önündə etiraz aksiyası


Bakıda “Nadia Savchenkoya azadlıq!” tələbi
Gözlə

No media source currently available

0:00 0:01:38 0:00

Bakıda “Nadia Savchenkoya azadlıq!” tələbi

-

Martın 24-də D-18 Hərəkatının bir qrup fəalı Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında «Nadia Savchenko-ya azadlıq!» şüarı ilə piket keçirib.

Etirazçılar Nadia Savchenko ilə yanaşı, Xədicə İsmayılın da şəkillərini qaldırıb.

Ukrayna Ali Radasının deputatı, hərbi pilot Nadia Savchenko Rusiya-Ukrayna münaqişəsi zamanı saxlanılıb və 22 il həbs cəzasına məhkum edilib.

D18 Hərəkatının rəhbəri Ruslan İzzətli səfirliyin qapısı önündə piketin bəyanatını oxuyub.

Hərəkat hesab edir ki, demokratik dünya Rusiyanın imperializm siyasətinə susmamalıdır:

«Demokratiya sərhəd məsələsi deyil. Demokratiyanın harada və kim tərəfindən pozulmasından asılı olmayaraq, biz haqq səsimizi hər zaman ucaltmalıyıq. Biz həm Savchenko-nun, həm də Xədicə İsmayılın şəkillərini qaldırmaqla demokratiya uğrunda mübarizlərin hamısının həbsdən azad edilməsini tələb edirik. Nə qədər ki, Putin rejimi mövcuddur MDB məkanında demokratiya uğrunda mübarizə asan olmayacaq»,-deyə Ruslan İzzətli bildirib.

Rusiya səfirliyindən D18 Hərəkatının bəyanatını qəbul edən olmayıb.

Polis aksiyaya müdaxilə etməyib.

Buna da bax: Anar Məmmədli: "Soruşdu ki, "Google" kimdir?"

XS
SM
MD
LG