Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 17:46

Rusiyada siyasi məhbus sayı 410-u keçib


Moskvada Navalnı tərəfdarlarının etiraz yürüşü, aprel, 2021-ci il
Moskvada Navalnı tərəfdarlarının etiraz yürüşü, aprel, 2021-ci il

Siyahıdakı siyasi məhbuslardan 329-u din azadlığı hüququndan istifadəyə, 81-i isə digər siyasi səbəblərdən azadlıqdan məhrum ediliblər

Rusiyada siyasi məhbusların sayı 410-u keçib. Məlumatı Moskvada yerləşən Memorial İnsan Haqları Mərkəzi açıqlayıb.

Qurumun avqustun 16-da bildirməsinə görə, siyahı həbsdə, yaxud ev dustaqlığında olan “siyasi məhbusların minimum sayını göstərir”.

“Reallıqda isə şübhəsiz ki, daha çox siyasi məhbus və siyasi səbəblərdən həbsə atılan digər şəxslər var”, – məlumatda deyilir.

Navalnı və tərəfdarları

Siyahıdakı siyasi məhbuslardan 329-u din azadlığı hüququndan istifadəyə, 81-i isə digər siyasi səbəblərdən azadlıqdan məhrum ediliblər.

Bu ilin əvvəlində siyahıda 349 ad vardı.

Ən tanınmış siyasi məhbus isə müxalifətçi Aleksey Navalnıdır. O, yanvarda Almaniyadan müalicədən qayıdarkən saxlanıb. Navalnı sinir qazıyla zəhərlənəndən sonra Berlində müalicə olunurdu. Özü zəhərlənməsinə görə Prezident Vladimir Putini ittiham etsə də Kreml bu işdə əli olmadığını açıqlayıb.

Memorial bildirir ki, Navalnıdan savayı onun saysız tərəfdarları da siyasi məhbusdurlar. Müxalifət liderinin saxlanmasına etirazları işıqlandıran “Doxa” tələbə dərgisinin jurnalistləri də siyahıdadır.

Daha sonra fəallar və sentyabrda keçiriləcək parlament seçkisinə potensial müxalif namizədlərin adları siyahıya salınıb.

“Potensial namizədlərin çoxu müxtəlif qanunsuz və əsassız ittihamlarla təqib olunub”, – Memorial vurğulayır.

Din məhbusları

Təşkilat “dindarlara təzyiqin dayanmadığını”, din azadlığına görə 78 yeni adın siyahıya əlavə olunduğunu bildirir.

Özəlliklə, qadağan olunmuş Təbliği Camaat və Hizbut-Təhrirdə üzvlükdə suçlanan müsəlmanlar hədəfə alınıb. Yehova Şahidlərinə repressiyanın isə “ciddi şəkildə artdığı” bildirilir.

Yanvardan avqustadək Memorial Yehova Şahidlərinə qarşı 46 yeni halı sənədləşdirib. Onlar ya ev dustağı ediliblər, ya da həbsə atılıblar.

Rusiya 2017-ci ildə Yehoşa Şahidlərini ekstremist qruplaşma elan edərək yasaqlayıb. Qrupun üzvlərinə qarşı məhkəmə iddiaları qaldırılıb, həbs cəzaları kəsilib.

Bu xristian qrupu qapı-qapı gəzərək İncili təbliğ edir, hərbi xidmətə, milli, dini bayramların, ad günlərinin qeyd olunmasına qarşı çıxır.

XS
SM
MD
LG