Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:24

İstanbulda Türkiyə,Rusiya,Fransa və Almaniya liderlərinin sammiti keçirilir


Angela Merkel və Recep Tayyip Erdogan
Angela Merkel və Recep Tayyip Erdogan

Türkiyə, Rusiya,Fransa və Almaniya liderləri oktyabrın 27-də İstanbulda Suriya münaqişəsini müzakirə edirlər.

Tərəflər Suriya müharibəsinin davamlı həlli yolunu tapmağa çalışırlar.

Sammitdə Türkiyə prezidenti Racep Tayyip Erdogan, Rusiya prezidenti Vladimir Putin,Fransa prezidenti Emmanuel Macron və Almaniya kansleri Angela Merkel iştirak edirlər.

Liderlər in Suriyanınşimal-qərbindəki İdlib əyalətində atəşkəs rejiminin qorunub saxlanmasını müzakirə edəcəkləri gözlənir.

Ötən ay əldə edilən bu razılaşma Suriya hökumət qoşunlarının bu əyalətə hücumunun qarşısını aldı.

Suriya ordusunun bu bölgəyə hücumu yeni qaçqın axınına səbəb ola bilərdi.

Suriya üsyançıları
Suriya üsyançıları

Buna da bax:Üsyançılar İdlibdəki bufer zonadan çıxmırlar

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalin oktyabrın 26-da bildirimişdi ki, əsas məqsəd "siyasi həll yönündə atılacaq addımları və yol xəritəsi müəyyən etmək" olacaq.

CNN Türk-ün məlumatına görə, Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu 4 tərəfli sammitdən əvvəl rusiyalı həmkarı Sergey Lavrovla görüşüb, amma mətbuata hər-hansı açıqlama verməyiblər.

6 ildən çoxdur ki, davam edən Suriya müharibəsində 400 mindən çox adam ölüb,milyonlarla insan qaçqın düşüb.

Rusiya bu münaqişədə Suriya rejiminin, ABŞ və onun qərb müttəfiqləri isə üsyançıların tərəfini saxlayırlar.

XS
SM
MD
LG