Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:46

General Cons: 'Qərb Rusiyanı vura biləcək silahları Ukraynaya vermək məsələsində çox ehtiyatlı davranır'


Ceyms Cons
Ceyms Cons

Ceyms Cons (James L.Jones) istefada olan dördulduzlu donanma generalıdır. O, NATO-nun Avropadakı Birləşmiş Qüvvələrinin keçmiş Baş komandanı (2003 - 2006) və ABŞ prezidenti Barak Obamanın keçmiş milli təhlükəsizlik müşaviridir (2009 - 2010). İndi məsləhətçi və təhlükəsizlik məsələləri üzrə şərhçi çalışır. General Cons Rusiya hücumundan qorunmaq üçün Ukraynaya hər cür yardım göstərilməsinin tərəfdarıdır.

AzadlıqRadiosu gürcü xidmətinin müxbiri Vaja Tavberidzeyə müsahibə verən general Cons Ukrayna müharibəsinin dünyada əks-sədasından, eləcə də üzümüzə gələn fevralın "donor yorğunluğu" baxımından niyə önəm daşımasından danışıb.

"Rusiyanın Ukraynanı ələ keçirə bilməyəcəyinə şübhə yoxdur"

O, Rusiya prezidenti Vladimir Putinin Ukraynaya hücum qərarını "tarixdə hər hansı liderin yol verdiyi ən kobud səhvlərdən biri" adlandırır: "Özü də ola bilər, onu bu qərara nəyin itələdiyini heç vaxt da bilməyək, ancaq düşünürəm ki, bütün diktatorlar kimi o da onun öz baxışlarını əks etdirib [özünə qaytaranları] dinləyir. …Mənə elə gəlir ki, o, [ABŞ-ın rəhbərliyi ilə beynəlxalq qüvvələrin] Əfqanıstandan çıxarılmasından [sonra] düşündü ki, ola bilsin, ABŞ müdaxilədən narazı qalsa da, onun tez bitəcəyini, Krımın ilhaqı kimi qısa zamanda baş vermiş fakta çevriləcəyini düşünəcək. …Ancaq o, səhv edirdi".

Cons hazırda döyüş meydanındakı durumun aydın olmadığını deyir: "Təəssüf ki, Ukraynanın iyunda başlayan yay hücumunda bir əsas element çatışmırdı – hava gücü. Üstəlik, ukraynalıların irəliləyəcəyi əraziləri minalamaqdan ötrü rusların çox vaxtı olub. Bu, hər şeyi sadəcə yavaşıtdı. Ancaq mənə elə gəlir ki, bir şey aydındır: cənab Putinin Ukraynanı bütövlükdə ələ keçirmək iddiası baş tutmayacaq".

Ukrayna hərbçiləri Xerson vilayətində Rusiyanın mövqelərinə ABŞ istehsalı olan HIMARS raketi ilə zərbə endirir.
Ukrayna hərbçiləri Xerson vilayətində Rusiyanın mövqelərinə ABŞ istehsalı olan HIMARS raketi ilə zərbə endirir.

General deyir ki, indiki durum tərəflərdən hər hansı birinin döyüş meydanında həlledici qələbə qazanacağını düşünməyə əsas vermir: "Düzdür, mənə elə gəlir ki, hər iki tərəfin bəyan etdiyi iddialar o qədər dəyişməsə də, indi döyüş meydanında baş verənlərə baxsanız, hər hansı tərəfin qəti irəliləyiş əldə etdiyini görmərik. Ancaq Rusiyanın Ukraynanı ələ keçirə bilməyəcəyinə şübhə yoxdur".

"Mən deyərdim…"

"Demək olar, dünya səviyyəsində savaş sonunun Ukraynanın qələbəsi və Rusiyanın yenilgisi kimi görülməsi son dərəcə vacibdir. …Əminəm ki, [müharibə] bu cür bitməlidir, axı belə bitməzsə, dünya avtokratları cəsarətlənəcək. …Mən deyərdim, bəlkə, Çinin prezidenti Tayvanla bağlı mövqeyini yenidən gözdən keçirəcək.

Putin beynəlxalq görüşlərdə, heç nə olmayıbmış kimi, dövlət başçıları ailəsinə yenidən qəbul olunarsa, düşünürəm ki, bu, ən pis nəticə olacaq. O, [Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən] hərbi cinayətkar kimi ittiham edilir və bunun bir anlamı olmalıdır. …Bunun necə bitəcəyini bütün dünyadakı insanların [insanların] necə qavrayacağı son dərəcə əhəmiyyətlidir. [Bu nəticələr] bir çox ölkənin bu və ya digər şəkildə fərqli davranışını doğuracaq.

Bütövlükdə elə əvvəldən Ukraynanın istədiyi zəruri silahları vermək müttəfiqlər üçün daha yaxşı olardı. Ukrayna daha effektiv kampaniya apara bilməkdən ötrü özəlliklə hücum cəhdində bu silahlara yiyələnməliydi. ABŞ, özəlliklə havadan savaş aparmaq üçün silah verməkdə çevik tərpənmədi. Biz Rusiyaya zərbə endirə biləcək silahları Ukraynaya vermək barədə həddindən çox ehtiyatlı davrandıq. Bu da o deməkdir ki, siz onları müharibədə bir əli arxadan bağlı halda döyüşməyə vadar edirsiniz. Ancaq düşünürəm ki, indi bunu anlayırlar; təchizat zənciri də daha yaxşı hala gəlib və silahlar daha sürətlə çatdırılır. Amma, məncə, aviasiyanın çatışmazlığı çox hiss edilir", - Consun sözləridir.

Ukrayna hərbçiləri Xarkov vilayətində ABŞ-ın verdiyi haubitsa ilə Rusiya mövqelərini atəşə tutmağa hazırlaşırlar.
Ukrayna hərbçiləri Xarkov vilayətində ABŞ-ın verdiyi haubitsa ilə Rusiya mövqelərini atəşə tutmağa hazırlaşırlar.

"O zaman… Qərb qalib gəldiyini deyə biləcək"

"Əminəm ki, fevralda keçiriləcək Münxen Təhlükəsizlik Konfransında Ukrayna-Rusiya münaqişəsi dominant olacaq. Ötən il oradaydım. Böyük coşqu vardı. Siyasi liderlər "Biz sonadək sizinləyik" kimi çox həvəsləndirici sözlər dilə gətirdilər. Bu il dialoqun nədən ibarət olacağını görmək maraqlıdır. Ondan sonra donor yorğunluğunun olub-olmadığını anlaya biləcəyik. Mənə elə gəlir ki, cənab Putin …Qərbi yora biləcəyinə güvənir, axı Qərb həmişə müharibələri tez bitirmək istəyir", - yenə generalın dedikləridir. Ardınca o, fikrini belə yekunlaşdırıb: "Hazırda Avropanın müdafiəsi keçərli bir anlayışdır və onun nə demək olduğunu bilirik. Biz Avropanın, Gürcüstan, Moldova və digər ölkələrin qorunması üçün müdafiə xəttinin harada olduğunu bilirik. Rusiyanın irəliləyişinin önünü kəsə bilsək,, o zaman… Qərb qalib gəldiyini deyə biləcək və dünyanın digər yerlərində avtokratiyalarla demokratiyalar arasındakı mübarizədə, güman ki, fərqli nəticələr olacaq".

XS
SM
MD
LG