Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 20:05
Kiyev, 26 fevral 2022
Kiyev, 26 fevral 2022

Rusiyanın Ukraynaya təcavüzünün 4-cü günü

  • Fevralın 25-də Rusiya qüvvələri Ukrayna paytaxtı Kiyevə raket zərbələri endirib. İşğalçı qüvvələr Kiyevin ətrafında irəliləməkdədir.

Rusiyanın Ukraynaya hücumunun birinci günü haqda burada oxu

Zelenski: Biz silahı yerə qoymayacağıq, çünki...

Fevralın 26-sı səhər saatlarında Ukrayna prezidenti Volodimir Zelenskinin xalqa müraciəti yayılıb.Paytaxt Kiyevin Bankova küçəsində səhər saatlarında çəkildiyi qeyd olunan videoda Zelenski deyir ki, orduya silahı yerə qoymağı xahiş etdiyi, təxliyyənin getdiyi barədə yalan xəbərlərə inanmamağı xahiş edir.

"Deməli, mən buradayam. Biz heç bir silahı yerə qoymayacağıq. Dövlətimizi müdafiə edəcəyik, çünki silahlarımız bizim həqiqətimizdir. Bizim həqiqətimiz isə budur ki, bura bizim torpağımız, ölkəmiz, övladlarımızdır. Biz hamını müdafiə edəcəyik. Sizə demək istədiyim budur. Yaşasın Ukrayna!"

Səhər saatlarında Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Ukrayna paytaxtında vəziyyət 100% nəzarətdədir və Rusiyanın şəhəri ələ keçirmək şansı yoxdur.

Rusiya Müdafiə Nazirliyi isə iddia edir ki,Rusiya qoşunları Ukraynanın Melitopol şəhəri üzərində tam nəzarəti ələ keçiriblər.

Fevralın 25-i axşam saatlarında Ukrayna hakimiyyəti hərbçilərin şəhərin yalnız yarısına nəzarət etdiyini bildirib.

Gecə uzun sürən döyüşlərdən sonra Kiyev SES geri alınıb

Ukrayna hərbçiləri gecə uzun sürən döyüşlərdən sonra Kiyev su elektrik stansiyasını geri alıblar. Energetika Nazirliyinin məlumatına görə, stansiya tamamilə Ukraynanın nəzarəti altındadır. Texniki heyət sığınacağı tərk edərək işlərinə qayıdıblar. Fevralın 26-sı səhər saat 8:30-a olan məlumata görə, SES normal rejimdə işləyir.

Peyk görüntüləri Belarusun cənubunda rus qoşunlarının cəməlşdiyi göstərir

Peyk görüntüləri
Peyk görüntüləri

UNİAN-ın müxbiri xəbər verir ki, təxminən 100 ədəd Rusiya zirehli texnikasından ibarət kolonna Vışqorodski rayonundan Kiyevə doğru hərəkət edir.

Avadanlığın yan tərəflərində - ağ "V" hərfi, hərbçilərin qollarında - ağ lentin olduğu bildirilir. Məlumatda qeyd olunur ki, zirehli texnika koloniyası Kozaroviçi kəndindən keçir.

"Hələlik dayanıblar. Oradan iki istiqamət var: ya şimala, ya da İrpin çayın mənsəbindəki nasos stansiyasının körpüsü ilə Kiyevə. Tanklar yoxdur. Sürətli zirehli transportyorlardır," deyə müxbir xəbər verir. Daha əvvəl belaruslu bloger Anton Motolko yazıb ki, ağ rəngli “V” identifikasiya işarəsi olan çoxlu sayda Rusiya hərbi texnikası Belarus ərazisindən keçərək Ukrayna sərhədinə doğru hərəkət edir. Peyk görüntüləri Belarusun cənubunda rus qoşunlarının böyük qruplaşmasını göstərir

İtkilər haqqında verilən məlumatlar

Ukrayna əsgəri, Donetski rayonunun Travneve kəndi, 21 fevral 2022
Ukrayna əsgəri, Donetski rayonunun Travneve kəndi, 21 fevral 2022

Ukrayna prezident ofisinin müşaviri Mixail Podolyak istinadə edən Donbass.Realii xəbər verir ki, fevralın 26-ı səhər saatlarına olan məlumata görə, indiyə qədər 3500-dən çox rus əsgəri zərərsizləşdirilib, 200-ə yaxın Rusiya əsgərisə əsir götürülüb. Bildirilir ki, belə bir açıqlamanı Mixail Podolyak "TSN"-nin efirində deyib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiya hərbçiləri də 102 tank, 536 zirehli texnika, 14 təyyarə, 8 helikopter, 15 top, 1 BUK hava hücumundan müdafiə sistemini itirib.

Rusiya tərəfi öz itkiləri barədə məlumat vermir.

Davamı

XS
SM
MD
LG