Qeyri-rəsmi Türkiyə S-400-ləri Ukraynaya versin müzakirəsi
ABŞ Türkiyə ilə qeyri-rəsmi olaraq Rusiyanın S-400 raket sistemlərinin Ukraynaya təhvil verilməsi imkanını müzakirə edib.
Bu barədə “Reuters” öz mənbələrinə istinadən məlumat yayıb. Agentlik xatırladıq ki, ABŞ daha əvvəl müttəfiqlərindən Rusiya istehsalı olan silahların, o cümlədən S-300 və S-400-lərin Ukraynaya ötürülməsi imkanlarını nəzərdən keçirməyi xahiş edib.
Moskva və Ankara 2017-ci ildə S-400-lərin tədarükünə dair müqavilə imzalayıb. Türkiyə bu sistemləri əldə edən ilk NATO ölkəsi olub. Hələki Türkiyənin bu məsələyə münasibəti bəlli deyil.
Gecə atəşə tutulma nəticəsində Xarkovda 5 dinc sakin həlak olub, onların arasında uşaq da var.
Belə bir məlumatı Xarkov regional polis idarəsinin nümayəndəsi Vyaçeslav Markov özünün Facebook səhifəsində paylaşıb.
Blokadada olan Mariupolun bəzi sakinlərinin məcburi şəkildə Rusiyaya aparıldığı bildirilir
Ukraynada Mariupol və Xarkov da daxil olmaqla yeddi humanitar dəhlizin işi martın 20-nə planlaşdırılır. Bu barədə müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası naziri İrina Vereşçuk bildirib.
Bundan əvvəl Mariupol şəhər şurası Mariupolun bəzi sakinlərinin zorla Rusiyaya aparıldığı barədə məlumat yayıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, həmin adamların Ukrayna pasportları əllərindən alınır.
Rusiya tərəfi hələki bu məlumatı şərh etməyib.
Mariupolda 400 nəfərin sığındığı incəsənət məktəbi vurulub
Mariupol Şəhər Şurası bildirir ki, Rusiya qoşunlarının hava hücumu ərəfəsində 400-ə yaxın şəhər sakininin atəşdən gizləndiyi 12 saylı incəsənət məktəbi zədələnib.
"Bina dağılıb, dağıntılar altında hələ də dinc sakinlər var. Qurbanların sayı barədə məlumat dəqiqləşdirilir", - məlumatda deyilir. Ətraflı