Rusiya neft bazasının Ukrayna tərəfindən vurulduğunu deyir
Belqorod rəhbərliyinin məlumatına görə, aşağı hündürlükdə uçan iki Ukrayna helikopteri Rusiya ərazisinə daxil olaraq bazanı atəşə tutublar. Amma bu məlumatı, hələlik, müstəqil mənbələr tərəfindən təsdiqləmək mümkün olmayıb.
Rusiya Avropanın qazını kəsməyib
Putinin qaz üçün ödənişi rubla keçirməklə bağlı fərmanı artıq göndərilmiş qaza aid deyil. Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Bugünkü göndərişlər üçün ödənişlər bu gün ödənilmir. Bu ödənişlər aprelin ikinci yarısında, hətta mayın əvvəlində həyata keçirilməlidir", – Peskov vurğulayıb. Ətraflı
'Ukraynada döyüşlər hələ çox çəkəcək'
Moskva Ukraynada Çeçenistan, yaxud Suriya ssenarisini reallaşdıra, şəhərləri yerlə-yeksan edə bilərmi? ABŞ ordusunun istefada olan mayoru Con Spenserin fikrincə, Moskva heç də həmişə dediyini etmir və Ukraynada da hədəflər dəyişir. İlk gün hədəf Kiyev idisə, indi hədəf şərqə keçir. Onun fikrincə, hazırda müəyyən şəhərlərin atəşə tutulmasında məqsəd Ukrayna qüvvələrinin başını qatmaqdır, Rusiya bu arada özü qüvvələrinin mövqeyini dəyişir, ya da bəzi yerlərdən geri çəkir. Ətraflı
Rusiya ərazisinə ilk zərbə?
Rusiyanın Ukrayna ilə sərhəddə yerləşən Belqorod şəhərində yanacaq anbarında yanğın baş verib. Region qubernatoru deponun Ukraynanın iki vertolyotu tərəfindən vurulduğunu bildirib. Təsdiqlənərsə, bu, Ukraynanın Rusiya ərazisinə ilk zərbəsi olacaq. Ətraflı