Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 22:15
Buça, Ukrayna
Buça, Ukrayna

İşğalın 39-cu günü. Buçada faciə...

Rusiyanın Ukraynaya hücumunun 36-cı günü haqda burada oxu

Rusiya neft bazasının Ukrayna tərəfindən vurulduğunu deyir

Belqorod rəhbərliyinin məlumatına görə, aşağı hündürlükdə uçan iki Ukrayna helikopteri Rusiya ərazisinə daxil olaraq bazanı atəşə tutublar. Amma bu məlumatı, hələlik, müstəqil mənbələr tərəfindən təsdiqləmək mümkün olmayıb.

Rusiya neft bazasının Ukrayna tərəfindən vurulduğunu deyir
Gözlə

No media source currently available

0:00 0:01:15 0:00

Kiyev Dnestryanıda Rusiya qoşunlarının aktivləşdiyini bildirir

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı iddia edir ki, Moldovanın separatçı Dnestryanı bölgəsindəki Rusiya qoşunları və qondarma qurumun hərbi bölmələrinin aktivləşdirlməsi elan edilib. Məlumatda vurğulanır ki, bu hərəkətlilik həmin hərbi qüvvələrin Ukraynaya hücuma hazırlıqları ilə bağlı ola bilər.

"158 uşaq həlak olub, 254 uşaq yaralanıb"

Ukrayna Baş Prokurorluğu: Müharibə başlayandan indiyədək 158 uşaq həlak olub, 254 uşaq yaralanıb.

Böyük Britanıyanın Müdafiə Nazirliyi Ukraynadakı son vəziyyəti qiymətləndirir

Böyük Britaniyanın Müdafiə Nazirliyi aprelin 2-də Ukraynadakı vəziyyətlə bağlı bəzi qiymətləndirmələri paylaşıb. Məlumatda bildirilir ki, Ukrayna qüvvələri Rusiya qoşunlarını Kiyev ətrafından çıxarmaqla irəliləyirlər. Şimal-qərb istiqamətində Ukrayna qoşunlarının İrpendən Buça və Qostomelə doğru irəliləmək cəhdləri davam edir. Məlumatda Rusiya qoşunlarının Qostomel aerodromundan çıxarıldığı və şərq oxu boyunca Ukrayna ordusunun bir neçə kəndi geri aldığı bildirilir. Həmçinin vurğulanır ki, şərqdə Ukrayna qüvvələri şiddətli döyüşlərdən sonra Xarkovun şərq hissəsində əsas yolu ələ keçiriblər.

Davamı

XS
SM
MD
LG