Keçid linkləri

2024, 18 Oktyabr, Cümə, Bakı vaxtı 16:19
Mariupolun atəşə tutulması
Mariupolun atəşə tutulması

İşğalın 46-cı günü-məktəb və yaşayış binası atəşə tutulub

Rusiyanın Ukraynaya hücumunun 42-ci günü haqda burada oxu

Avropa İttifaqı qaçqınlara kömək üçün bir milyard avro vəd edir

Avropa İttifaqının rəhbəri Ursula fon der Leyen Varşavada Ukraynaya dəstək məqsədilə keçirilən xeyriyyə tədbirində çıxış edərək, Avropa İttifaqının (Aİ) qaçqınlara kömək üçün bir milyard avro ayıracağını bildirib.

Onun sözlərinə görə, bu vəsaitin 600 milyonu Ukrayna hakimiyyətinə və qismən də BMT-yə, 400 milyon avro isə ukraynalı qaçqınları qəbul edən ölkələrə gedəcək.

Təxminən Ukraynanın yarasında eyni vaxtda həyacan siqnalları verilib

Eyni vaxtda Ukraynanın Xarkov, Kiyev, Volın, Xmelnitski, Rivne vilayətləri və s. bölgələrdə hava hücumu xəbərdarlığı elan edilib.

Ukraynanın Xarkov şəhərində göydən yaşayış binasının qarşısına paraşütlə düşən raketin fotosu çəkilib. UNİAN xəbər agentliyi yazır ki, bu barədə bir müddət əvvəl şəhərin meri xəbərdarlqı edibmiş.

Severodonetskdə məktəb və yaşayış binasının atəşə tutulduğu barədə xəbərlər var

Ukrayna, Buça
Ukrayna, Buça

Aprelin 10-u səhər saatlarında Ukraynanın Severodonetskdə məktəb və iki yaşayış binası atəşə tutulub. Bu barədə Luqansk vilayəti administrasiyasının rəhbəri Sergey Qaydai məlumat verib. Onun sözlərinə görə, binanın bir girişində birinci mərtəbədən beşinci mərtəbəyə kimi mənzillər yanıb. Yanğının söndürüldüyü, ilkin məumatlara görə insan təlafatının olmadığı bildirilir.

Davamı

XS
SM
MD
LG