Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:56

ABŞ rəsmisi: ‘Rusiya Ukrayanaya hər an hücum edə bilər’


Bunu ABŞ dövlət katibi Entoni Blinkenin təcili danışıqlar üçün Kiyevə yola düşdüyü bir vaxtda Birləşmiş Ştatların vəzifəli rəsmilərindən biri deyib

Bunu ABŞ dövlət katibi Entoni Blinkenin təcili danışıqlar üçün Kiyevə yola düşdüyü bir vaxtda Birləşmiş Ştatların vəzifəli rəsmilərindən biri deyib.

Rusiya Ukrayna ilə sərhədin yaxınlığına 100 minədək əsgəri qüvvə toplayıb və Belarusla birlikdə qəfil hərbi təlim keçirəcəyini bildirib.

Avropa paytaxtlarında indi qitədə yeni müharibənin mümkünlüyündən narahatlıq keçirirlər.

Ötən həftə Rusiya ilə ABŞ, NATO və Avropa ölkələri arasında keçirilən danışıqlarda Moskvanın ultimatumları birmənalı şəkildə rədd edilib.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bu danışıqların ardınca bildirib ki, Rusiya Moskvanın tələbləri yerinə yetirilmədən dialoqun davam etdirilməsində məna görmür.

Moskva NATO-nun genişlənməsinin dayandırılacağına, Ukrayna, Gürcüstan və ya hər hansı keçmiş sovet respublikasının şimal alyansına üzv olmayacağına, Qərbin keçmiş sovet məkanında hər hansı hərbi fəaliyyətlərdə olmayacağına dair yazılı və təsdiqlənmiş qarantiyalar tələb edir.

Bu nə təlimdir, nə də yerdəyişmə

Yanvarın 18-də ABŞ Dövlət Departamentinin rəsmisi bildirib ki, Rusiya qüvvələrinin Belarusdakı hərəkətləri nə təlim, nə də qoşunların normal yerdəyişməsi hesab edilə bilər:

“Bu Rusiyanın mümkün müdaxilə planlarının olduğu şəraitdə böhran törətmək üçün süni bəhanə yaratmaq məqsədilə etdiyi güc nümayişidir. Biz indi elə bir məqamdayıq ki, Rusiya hər an Ukraynaya hücum edə bilər”.

Kiyev və Berlinə baş çəkdikdən sonra Blinken Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşmək üçün Cenevrəyə səfər etməlidir.

İki diplomat arasında yanvarın 18-də telefon söhbəti olub.

Rusiya Ukraynadakı diplomatlarını çıxarır ?
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

“Bəlkə də diplomatiya hələ tam ölməyib”

Blinkenin Lavrovla gözlənilən görüşü barədə suala cavab verən həmin ABŞ rəsmisi deyib ki, “bu bəkə də diplomatiyanınj hələ tam ölmədiyini” göstərir:

"Biz burada diplomatiyanın bir daha sınaqdan çıxması üçün imkan olduğunu yoxlamaq istəyirik. Lakin biz eyni zamanda tamam başqa nəticəyə də hazırlaşırıq. Düşünürəm ki, Rusiya hökumətinin həqiqətən də diplomatiyada maraqlı olub-olmadığını demək hələ tezdir. Bilinmir ki, o xoş məramla ciddi danışıqlara hazırdır, yoxsa diplomatiyanın Moskvanın maraqlarına xidmət etmədiyini iddia etmək üçün bəhanə axtarır”.

Entoni Blinken Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski və digər rəsmi şəxslərlə görüşərək Ukraynaya dəstək bildirməlidir.

Berlində isə Blinken Almaniyanın xarici işlər naziri Annalena Berbokla görüşməlidir. Dövlət katibinin Britaniya və Fransa rəsmiləri ilə də təmasları gözlənilir.

Bütün bu görüşlərdən məqsəd Rusiyanı Ukraynaya qarşı təcavüzün davam etdirilməsindən çəkindirməkdir.

Berlin Şimal Axını 2-ni dayandıra bilər

Yanavrın 18-də xanım Berbok Moskvada Sergey Lavrovla görüşüb. Həmin görüşün də gündəliyində əsas məsələ Ukrayna idi.

Lavrov ayrıca olaraq bildirib ki, Rusiya ABŞ-ın diplomatik səylərini alqışlayır, amma Ukrayna münaqişənin çözümünə qarşı “təxribatı” davam etdirir.

Lavrovla danışıqlardan sonra xanım Berbok deyib ki, Almaniya Ukraynaya görə Rusiya ilə aralarındakı ixtilafda öz dəyərlərini hətta iqtisadi cəhətdən baha başa gəlsə də müdafiə etməyə hazırdır.

Bu arada Berlində Almaniyanın yeni kansleri Olaf Şolts yanvarın 18-də deyib ki, Almaniya Rusiya qazını Almaniyaya nəql etməli olan Şimal Axını 2 kəmərinin dayandırılması məsələsini müzakirə etməyə hazırdır.

O bu bəyanatı NATO-nun baş katibi Yens Stoltenberqlə görüşündən sonra suala cavab verərkən səsləndirib.

XS
SM
MD
LG