Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:23

Rusiya ABŞ sahilləri yaxınlığına nüvə bombardmançıları göndərib


Tu-160 strateji ağır bombardmançı təyyarə
Tu-160 strateji ağır bombardmançı təyyarə

Rusiya bildirir ki, ABŞ-ın Alyaska ştatının yaxınlığındakı Uzaq Şərq regionuna nüvə silahı daşıya bilən iki bombardmançı təyyarə göndərib.

Rusiya mediası yazır ki, bu, Kremlin ABŞ-ın radar və raket atışı bazalarınınn yaxınlığına nüvə silahlı təyyarələr göndərmək qabiliyyətini nümayiş etdirir.

Rusiyanın Müdafiə Nazirliyi avqustun 14-də bəyan edib ki, Sovet vaxtı buraxılmış Tupolev-160 bombardmançıları 8 saat ərzində 6 min kilometr qət edərək Saratovdakı hərbi bazadan Çukotkadakı Anadır şəhərinə uçublar.

Çukotka ABŞ-ın Alyaska ştatının qarşı sahilində yerləşir.

Səsdən iti sürətli Tu-160 təyyarələri 12 qısamənzilli nüvə raketləri daşıya və 12 min kilometr məsafəyə yanacaq doldurmadan uça bilir.

Müdafiə Nazirliyi bildirir ki, bu missiya bu həftənin sonunadək davam edəcək taktiki təlimin bir hissəsidir.

Vladimir Putin Tu-160 təyyarəsinin modelini nəzərdən keçirir
Vladimir Putin Tu-160 təyyarəsinin modelini nəzərdən keçirir

Rusiya hökumətinin Rossiiskaya Gazeta qəzeti yazır ki, bu uçuş Moskvanın Birləşmiş Ştatlardan 20 dəqiqəlik uçiuş məsafəsində olan ərazidə nüvə bombardmançıları yerləşdirmək qabiliyyətini nümayiş etdirir.

Qəzet bunu da qeyd edir ki, bu təyyarələr ABŞ ərazisini Rusiyanın hava məkanını tərk etmədən vura bilər:

“Əgər zərurət olarsa, bu bombardmançıların əsas hədəfi ABŞ-ın Alyaskada yerləşdirilmiş raketdən müdafiə radarları və start meydançaları ola bilər”.

Avqustun 9-da ABŞ-Kanada Şimali Amerika Aerofəza Müdafiə Komanda Mərkəzi (NORAD) Alyaska sahili yaxınlığında nüvə raketləri daşımağa qabil iki Tu-95 təyyarəsini aşkar edib.

NORAD bildirib ki, Tu-95 təyyarələri ABŞ və ya Kanadanın hava məkanına daxil olmayıb.

XS
SM
MD
LG