Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:35

Yük maşınlarının sürücülərı 'Platona' etiraz edirlər


 Moskva, 3 aprel 2016
Moskva, 3 aprel 2016

“Platon” rusiyalı sürücülərə zərər vururmuş

Rusiyada uzaq məsafəyə yük maşını ilə mal daşıyan sürücülər ötən ildən qüvvəyə minən nəqliyyat rüsumuna görə yenidən etiraz aksiyası keçirirlər: onlar fərqli aksiya üsulu seçiblər – magistral yolla çox aşağı sürətlə gedirlər.

Hökumətlə razılaşmanın vaxtı bitir

Noyabrın 15-də yük maşını sürücüləri üçün magistral yoldan istifadə rüsumunun qüvvəyə minməsinin bir ili tamam olur. Bu ərəfədə ölkənin bir neçə şəhərində kütləvi etiraz aksiyası başlayıb.

Gələn yanvarda hökumətlə etirazçılar arasında razılaşma başa çatandan sonra fevralda rüsumun 2 dəfə qalxması nəzərdə tutulur. Razılaşmaya əsasən, rüsum və cərimə məbləğləri salınmışdı. Bu sistemin sayəsində gəlirlərin ildə 700 milyon dollara çatması gözlənir. Həmin vəsaitin infrastrukturun saxlanması və inkişafına xərclənəcəyi bildirilir.

Buna da bax: İçveçrə saatı Azərbaycan gömrüyündə 85 dəfə «ucuzlaşdı»

Aksiya təşkilatçılarının sözlərinə görə, nümayişlər Rusiyanın, azı, 12 şəhərində keçirilir.

Moskva ətrafında yerləşən Khimki qəsəbəsində polis aksiyanı dağıdıb, 15 etirazçı saxlanıb, onların arasında bir neçə jurnalist də var.

Moska, 3 aprel 2016
Moska, 3 aprel 2016

2015-16-cı ilin qışından etirazçılar Khimkini özlərinə “qərargah” seçərək hökumətlə rüsumu ləğv etmək üçün danışıqlar aparmaqdan ötrü 5 ay burda qalıblar.

Onlar hökumətin istefasını tələb edirlər

Sankt Peterburq rəhbərliyi etirazçıların şəhərdə aksiya keçirmək istəyini rədd edib, bundan sonra sürücülər qərara alıblar ki, Rusiya Ticarət Təşkilatının Yük Maşını Sürücüləri Birliyinin bayraqlarıylabəzədilmiş maşınları ilə fərdi aksiya keçirsinlər. Birliyin sədri Andrei Bazhutin Sankt Peterburqda jurnalistlərə deyib ki, sürücülər hökumətin, o cümlədən, nəqliyyat naziri Maksim Sokolovun istefasını tələb edirlər.

Ryazan və Tulada da etirazçıların həbsi ilə bağlı xəbərlər gəlir.

Rüsum hara gedir?

Hökumətin məlumatına görə, ölkədə uzaq məsafəyə mal daşıyan 1,5 milyon yük maşını sürücüsündən təxminən 650 mini “Platon” adlandırılan sistemdə qeydiyyata düşüb. Bu sistemin idarəçiliyini Putinin cüdo partnyoru, oliqarx Arkady Rotenberg-in oğlunun şirkəti gerçəkləşdirilir.

Etiraz aksiyaçıları iddia edirlər ki, ödədikləri rüsum ya “Platon”un menecerləri tərəfindən oğurlanır, ya da büdcənin başqa xərclərinə sərf olunur.

Buna da bax: Balaca Heydər: Pambıq müşavirəsində parlayan ulduz

Noyabrın 11-də ölkənin bir neçə qəzetində “Platon” sistemi Cənubi Uralda 86 km-lik yolu təmir edib”, “Volqoqrad vilayətində yollar “Platon”un vəsaiti əsasında təmir olunub” kimi sərlövhələrlə məqalələr dərc olunub.

Dağıstanda yük maşınları şirkətinin sahibi Surkhai Alimirzayev AzadlıqRadiosuna deyib ki, bu sistem onun və digər sürücülərin biznesinə ciddi zərər vurub.

Sahibkarın sözlərinə görə, bir çox sürücü yük maşınını satmağa çalışır: “Mən də şirkətin nəqliyyat vasitələrinin yarısını satdım və gələcəkdə daha beşini də satmağı düşünürəm. Yanacaq bahadır. Ehtiyat hissələri də ucuz deyil. Ancaq yollar heç də yaxşılaşmır”.

St.Petersburq, 11 noyabr 2016
St.Petersburq, 11 noyabr 2016

“Platon” nədir?

Ötən ilin noyabrından tətbiq edilən “Platon” sisteminə görə, 12 tondan yuxarı yüklənmiş nəqliyyat vasitələri ölkənin yollarından istifadə üçün rüsum ödəməlidirlər. Sistem işə salınan ərəfədə nəzərdə tutulmuşdu ki, yük maşınları sürücüləri bir neçə ay hər km-ə görə 1.52 (4 qəpik) rubl ödəsinlər, sonra isə məbləğ yaxın 2-3 ildə 3 rubl (7 qəpik) olacaqdı.

Sürücülər “Platon”un saytında qeydiyyatdan keçməklə marşrut kartı əldə edirlər və nə qədər ödəyəcəklərini müəyyənləşdirirlər. Qeydiyyata düşmədən yola çıxan sürücüləri böyük məbləğdə cərimə gözləyir.

XS
SM
MD
LG