Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:03

Moskva özbək miqrantları Rusiyaya özü gətirəcək


Tacik miqrantlar Düşənbə hava limanından Rusiyaya uçmaq üçün təyayrə gözləyirlər
Tacik miqrantlar Düşənbə hava limanından Rusiyaya uçmaq üçün təyayrə gözləyirlər

Rusiyanın Tikinti Nazirliyi Özbəkistan hökuməti ilə özbək işçi miqrantların xüsusi qatarlarla Rusiyaya gətirilməsi prosedurunu müzakirə edib

Rusiyanın Tikinti Nazirliyi Özbəkistan hökuməti ilə özbək işçi miqrantların xüsusi qatarlarla Rusiyaya gətirilməsi prosedurunu müzakirə edib.

Nazirlik bildirir ki, bu miqrantlar Rusiyanın tikinti meydançalarında işləyəcəklər.

Tikinti nazirinin müavini Nikita Stasişin TASS agentliyinə deyib:

"Biz seçimi, seçilənlərin vaksinasiyasını pilot rejimində həyata keçirmək istəyirik. Bu özbək miqrantların Qazaxıstan ərazisi ilə təhlükəsiz tranzitinə imkan verərdi. Miqrantlar qatarlarla mərkəzləşdirilmiş qaydada gətirləcək”.

Miqrantların habelə Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə cəlb edilməsi planlaşdırılır.

Xəbər verilir ki, nazirlik və Rusiya Dəmir Yolları şirkəti aqrosənaye sahəsində əməklərinə ehtiyac olan xarici miqrantların gətirilməsi üçün xüsusi çarter qatarları məsələsini müzakirə ediblər.

Təyyarə ilə gətirmək bahadır

Bu ilin martından Özbəkistandan Rusiyaya yalnız təyyarə ilə gəlmək mümkündür. Bu isə işəgötürənlərin xərclərini artırır.

Rusiya sənaye müəssisələri miqrantları hava nəqliyyatının bahalığına görə gətirə bilmirlər. Özbəkistandan Rusiyaya bir təyyarə biletinin qiyməti 80 min rubldur (1100 dollar).

Rusiya Kənd Təsərrüfatı nazirliyi bildirir ki, qatarla hər bir miqrantın gətirilməsi 12 min rubla başa gələcək.

Rusiyanın kənd təsərrüfatı müəssisəsləri bu il mövsümi işlər üçün qonşu ölkələrdən 38, 2 min işçi gətirməyi planlaşdırırdılar.

Rusiya rəsmiləri bildirirlər ki, aqrosənaye kompleksində işçi qüvvəsinin çatışmaması pandemiya ilə bağlıdır.

Ötən il ölkəyə işçi miqrantların gəlməsinə qoyulmuş qadağana görə məhsulun 20 faizi batıb.

2021-ci ilin martından xarici miqrantların gətirilməsi yalnız ştatı 250 nəfərdən, gəliri 2.5 milyard rubldan (35 min dollar) çox olan iri müəssisələrə icazə verilmişdi.

Lakin sonradan məlum olmuşdu ki, bu müəssisələrin əksəriyyəti lazımi kriteriyalara cavab vermir.

May ayında Tacikistan və Özbəkistandan işçilərin cəlb olunmasına icazə verilib.

XS
SM
MD
LG