Rusiyanın sınaqdan keçirdiyi “Xəncər” raketi 2020-ci ildə ölkənin silahlı qüvvələrinin ixtiyarına veriləcək.
Rusiya mətbuatının məlumatına görə,bu barədə CNBC televiziya kanalı ABŞ kəşfiyyatının hesabatı ilə tanış mənbələrə istinadla xəbər yayıb.
Televiziya kanalının məlumatına görə, yeni, səsfən iti (Hipersonik) raketlər artıq Miq-31 qırıcı təyyarələrində 12 dəfə sınaqdan keçirilib, indi isə onların bombardmançı təyyarələrə uyğunlaşdırılması üzərində işlənir.
Buna da bax:"Rusiya “hipersonik” raketi sınaqdan keçirdiyini deyir"
Rusiyanın RİA Novosti agentliyi bundan əvvəl, uzaq mənzilli Tu-11M3 bombardmançılarının bu raketlərlə təhciz olunacağı barədə məlumat yaymışdı.
CNBC kanalının məlumatına görə,son 3 sınaq iyulda keçirilib, həmin vaxt raketlər 800 km-dən bir qədər uzaqda yerləşən hədəfləri vurub.
Televiziya kanalı bundan əvvəl Rusiya ordusunun 2020-ci ildə səsdən iti “Avanqard” raket kompleksi alacağ barədə də məlumat yaymışdı.