Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 04:16

Rusiyanın hökumət nümayəndəsi xəyanət ittihamı ilə saxlanıb


Alexander Vorobyov (sağda) məhkəməyə gətirilir
Alexander Vorobyov (sağda) məhkəməyə gətirilir

Rusiyanın əsas təhlükəsizlik agentliyi bildirir ki, Kremlin təyin etdiyi nümayəndənin köməkçisixəyanət ittihamı ilə saxlanıb.

Bu, Sovet İttifaqının çökməsindən sonra hökumət rəsmisinə qarşı belə bir ittihamın irəli sürüldüyü ilk haldır.

FSB kimi tanınan Federal Təhlükəsizlik Xidməti (FTX) iyulun 5-də bildirib ki, Kremlin Ural regionu üzrə təyin etdiyi xüsusi nümayəndənin köməkçisi Aleksandr Vorobyov saxlanıb.

Rusiya mediası yazır ki, Vorobyov iyulun 5-də Moskvada məhkəmə qarşısına çıxarılıb.

FTX bildirir ki, bu maddə ilə ittiham 20 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

Xəbər verildiyinə görə Vorobyov bir il müddətində prezident Vladimir Putinin Ural regionu üzrə nümayəndəsi Nikolai Tsukanov-un köməkçisi vəzifəsində çalışıb.

Bundan əvvəl o Kalininqrad vilayətində hökumət vəzifələrində işləyib.

Tsukanov Vorobyov-un həbsi ilə bağlı heç bir şərh verməyib.

FTX bundan əvvəl alimlərə, hüquq-mühafizə orqanlarının işçilərinə və hətta öz zabitlərinə qarşı xəyanət ittihamı üzrə cinayət işi açsa da, hökumət rəsmisinə qarşı əvvəllər belə bir ittiham heç vaxt irəli sürülməyib.

XS
SM
MD
LG