Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 13:56

Rusiyada sorğu: Yalnız 14 faiz Azərbaycanı qalib hesab edir


İlham Əliyev
İlham Əliyev

Rusiyanın RIA Novosti agentliyi yazır ki, Rusiyada “İctimai rəy” fondunun keçirdiyi rəy sorğusu rusiyalıların 91 faizinin Dağlıq Qarabağ münaqişəsi haqqında bildiyini və ya nəsə eşitdiyini göstərib.

Rəyi soruşulanların 69 faizi bildirib ki, vəziyyət Rusiyanın müdaxiləsi hesabına tənzimlənib.

Respondentlərin 49 faizi Dağlıq Qarabağ münaqişəsi barədə bildiyini, 42 faiz isə bu barədə eşitdiyini deyib.

Münaqişə haqqında məlumata malik olanların 48 faizi hərbi əməliyyatların dayandırıldığı barədə bildiyini, 32 faizi isə bu barədə nəsə eşitdiyini bildirib.

Bu barədə ilk dəfə eşidənlər 12 faiz təşkil edib.

Rəyi soruşulanların 58 faizi bildirib ki, bu münaqişədə nə Azərbaycanı, nə də Ermənistanı qalib hesab etmək olmaz.

1 faiz Ermənistanı qalib sayır

Respondentlərin yalnız 14 faizi müharibədə Azərbaycanın qalib olduğunu hesab edir.

1 faiz Ermənistanı qalib sayır. Rəyi soruşulanların 19 faizi cavab verməkdə çətinlik çəkdiyini deyib.

Respondentlərin 69 faizi hesab edir ki, münaqişə Rusiyanın fəal iştirakı ilə dayandırılıb.

12 faiz Rusiyanın bu məsələdə heç bir rolunun olmadığını düşünür. 10 faiz suala heç bir cavab verməyib.

Rəyi soruşulanların 57 faizi Dağlıq Qarabağa Rusiya sülhməramlılarının yeridilməsinə müsbət yanaşdığını deyib.

25 faiz bunun əleyhinə olduğunu bildirib. 1 faiz məsələyə biganə olduğunu deyib.

Moskva ilə Ankara Qarabağda nəyi razılaşdıra bilmir?
Gözlə

No media source currently available

0:00 0:04:27 0:00

Nüfuzu artan Rusiya yox, Türkiyə olub

Respondentlərin 57 faizi hesab edir ki, Rusiya bu münaqişəyə müdaxiləsi ilə Cənubi Qafqazdakı mövqeyini möhkəmləndirib. 10 faiz bu mövqeyin zəiflədiyini deyib. 24 faiz suala cavab verməyib.

Rəyi soruşulanların əksəriyyəti deyib ki, Rusiya Ermənistan və Azərbaycan arasında müharibəni dayandırmaq və bölgəyə sülhməramlılar yertiməklə beynəlxalq arenadakı nüfuzunu gücləndirib.

Rusiyanın Cənubi Qafqazdakı nüfuzunun zəiflədiyini deyənlər bildirirlər ki, bu regionda Türkiyənin möhkəmlənməsi baş verib.

Sorğu bütün Rusiya boyunca 1000 respondent arasında keçirilib.

Rəy sorğusunu keçirənlər xətanın yalnız 3.8 faiz ola biləcəyinə əmindirlər.

XS
SM
MD
LG