Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:08

Rusiya silah anbarı yanğınında bir nəfərin öldüyünü təsdiq edir


Rusiyanın İstintaq Komitəsi Krasnoyarsk diyarında silah anbarında baş vermis yanğın və partlayışlar nəticəsində bir nəfərin öldüyünü təsdiq edib və yaralıların sayını 8-ə qaldırıb.

İstintaq Komitəsi bildirib ki, avqustun 6-da silah anbarında yanğınla bağlı cinayət işi qaldırılıb.

Komitə bunu da bildirir ki, ilkin araşdırmanın nəticələrinə görə partlayışlar silahların anbara boşaldılması zamanı baş vermiş yanğından törəyib.

***

Sibirdəki silah anbarında daha partlayış baş verməyib. Bunu yerli hakimiyyət və sakinlər deyir. Krasnoyarsk diyarının qubernatoru Aleksandr Uss avqustun 6-da jurnalistlərə deyib ki, bir neçə partlayışdan sonra bir nəfər itkin düşüb, altı nəfər xəstəxanaya yerləşdirilib.

Bundan öncə yerli hakimiyyət 12 nəfərin yaralandığını, onlardan altısının tibbi yardım alandan sonra buraxıldığını deyirdi.

Açinskin meri Ilai Akhmetov avqustun 6-da depo yaxınlığındakı ərazidən köçürülmüş sakinləri evlərinə qayıtmamağa çağırıb, “partlayış təhlükəsinin qaldığını” vurğulayıb.

20 km radiusdakı əhali köçürülür
20 km radiusdakı əhali köçürülür

Müdafiə nazirinin müavini Dmitry Bulgakov Açinskdə olub. O, avqustun 6-da deyib ki, anbar bağlanacaq. Bulgakov yanğın və partlayışların “insan səhvi” nəticəsində törədilməsi ehtimalını dilə gətirib, müstəntiqlərin dəqiq səbəbi üzə çıxaracağını vurğulayıb.

Regionun qubernator müavini Aleksei Podkorytov avqustun 6-da bildirib ki, 9 min 500-dən artıq yerli sakin və hərbi heyət ərazidən köçürülüb, 6 mindən çox adamsa özü gedib.

***

Rusiyanın silah anbarındakı yanğın dayanıb

Rusiyanın Krasnoyarsk regionunun hökumət administrasiyasının avqustun 6-da bildirməsinə görə, silah anbarındakı partlayışlar dayanıb. Xəbəri TASS agentliyi yayıb.

Fövqəladə Hallar Nazirliyinin işçiləri əhalini köçürür
Fövqəladə Hallar Nazirliyinin işçiləri əhalini köçürür

“İki saat öncəyədək partlayış səsləri gəlirdi. Daha gəlmir. Partlayışlar dayanıb”, – administrasiya bildirib.

Avqustun 5-də Sibirdəki Rusiya hərbi bazasının silah deposunda bir neçə partlayış baş verib, 12 nəfər xəstəxanaya yerləşdirilib, 20 kilometr radiusda yaşayanlar köçürülüb.

Rusiyanın Müdafiə Nazirliyi avqustun 5-də bildirib ki, Krasnoyarsk Ərazi Arsenalındakı yanğını söndürməyə uzaqdan idarə olunan 14 robot göndərilib.

Dünyanın Çindən kənarda ən böyük alüminium istehsalçısı olan Rusal Açinsk rayonundakı alüminium zavodunda əməliyyatları dayandırdığını, bütün əsas heyəti evakuasiya etdiyini bildirib.

Bu emal zavodu partlayışların baş verdiyi hərbi bazanın 30 kilometrliyində yerləşir.

***

Rusiyada silah anbarında böyük yanğın baş verib

Rusiyada Krasnoyarsk diyarının Açinsk rayonunda artilleriya sursatı anbarında yanğın baş verib.

Krasnoyarskın TVK və NGS24 telekanallarının, habelə TASS-ın avqustun 5-də verdiyi xəbərə görə yanğın 125 və 152 millimetrlik çapı olan 40 minədək artilleriya mərmisinin olduğu iki meydançanı tutub.

Anbar Açinskin 10 kilometrliyindəki Kamenka qəsəbəsində yerləşir.

Yaxınlıqdakı kəndlərin sakinləri anbarda baş verən partlayışlardan evlərinin silkələndiyini xəbər verirlər.

TASS xəbər verir ki, bu saata olan məlumata görə 7 nəfər xəsarət alıb. Açinsk xəstəxanasına qəlpə yaraları olan iki hərbçi gətirilib. Daha beş nəfərə tibbi yardım ambulator qaydada göstərilib.

Yerli medialardan biri bir əsgərin həlak olduğunu bildirsə də, bu xəbər Müdafiə Nazirliyi tərəfindən təkzib edilib.

Açinsk rayonun vahid növbətçi-dispetçer xidmətindən verilən məlumata görə hakimiyyət orqanları Kamenka və başqa ətraf yaşayış məntəqələrindən 11 minədək sakinin evakuasiyasını planlaşdırır.

Fövqəladə Hallar Nazirliyi artıq minədək sakinin evlərini tərk etdiyini bildirib.

Açinsk rayonunun icra başçısı İlay Akhmetov TASS agentliyinə deyib ki, hal-hazırda nə qədər sakinin evlərini tərk etdiyi bilinir, beləki nəqliyyat həmin ərazilərə partlayışlara görə gedə bilmir.

O əlavə edib ki, iki yaşayış məntəqəsinin əhalisi və bir uşaq düşərgəsi təxliyə edilir.

XS
SM
MD
LG