Keçid linkləri

2024, 18 Oktyabr, Cümə, Bakı vaxtı 08:02

Rusiyada MSK nəticələri məntəqələr bağlanandan əvvəl elan edib


Rusiya MSK-nın sədri Ella Pamfilova
Rusiya MSK-nın sədri Ella Pamfilova

Rusiyanın Mərkəzi Seçki Komissiyası Konstitusiya dəyişikliklərinə səsvermənin ilkin nəticələrini hələ seçki məntəqələri bağlanmadan elan edib.

RIA Novosti xəbər agentliyi MSK-ya istinadən bildirir ki, dəyişikliklərin leyhinə seçicilərin 74, 54 faizi səs verib.

Rusiyada federal səsvermələr zamanı nəticələrin məntəqələr bağlananadək elan edilməsi qanuna ziddir.

Bu halda MSK ölkə qanunlarına etinasızlıq nümayiş etdirib.

Etirazlar

Müxalifətin bir çox nümayəndələri iyulun 1-də Moskvanın mərkəzində etiraz aksiyasına çıxacaqlarını elan etmişdilər.

Bu aksiya üçün şəhər hakimiyyətindən icazə alınmamışdı.

Buna baxmayaraq Sankt Peterburq şəhərinin Saray meydanında da etiraz aksiyası başlanıb.

“Bumaga” saytı xəbər verir ki, bu aksiyada 50-dək etirazçı iştirak edib.

“Dojd” telekanalı xəbər verir ki, Moskvanın Qırmızı meydanında polis, bədənləri ilə “2036” yazmış aksiyaçıları saxlayıb.

Aksiyaçılar bu yolla hazırkı prezident Vladimir Putinə 2036-cı ilədək prezident olmaq imkanı verən Konstitusiya dəyişikliyinə etiraz bildirirdilər.

Aksiyanı keçirən 8 nəfərin arasında Moskva bələdiyyələrinin deputatları da var.

Bir çox siyasətçilər, politoloqlar, hüquqşünaslar və ictimai xadimlər bildirirdilər ki, prezident Putinin indiyədək keçirdiyi prezidentlik müddətlərinin “sıfırlanması” və ona 2036-cı ilədək prezident olmaq imkanının yaradılması “dövlət çevrilişinə bənzəyir”.

Politoloq Natalia Shavshukova NTV federal telekanalının efirində deyib:

"Dövlət çevrilişi – Putinin etdiyi budur. Düzəlişlərə səs verilməsinin isə qeyri-legitim olduğunu hamı anlayır”.

XS
SM
MD
LG