Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 17:55

Qazaxıstan ölkəyə giriş qaydalarını sərtləşdirir


Rusiyadan Ermənistana miqrant axını ölkədə iqtisadi dönüşə səbəb olub
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00

Rusiyadan Ermənistana miqrant axını ölkədə iqtisadi dönüşə səbəb olub

Qazaxıstan Avrasiya İqtisadi Birliyinin (AİB) üzv ölkələrindən gələnlər üçün giriş qaydalarını sərtləşdirib. Bu, Moskvanın Ukraynaya qarşı müharibəsinin davam etdiyi bir vaxtda ölkəyə Rusiya vətəndaşlarının axını fonunda baş verir.

90 gündən çox qala bilməyəcəklər

Yanvarın 27-dən Rusiya, Qırğızıstan, Belarus və Ermənistan vətəndaşları Qazaxıstanda 180 gün ərzində 90 gündən çox qala bilməyəcəklər. Hökumət yanvarın 16-da bu haqda qətnamə qəbul edib.

İndiyədək AİB vətəndaşları Qazaxıstana daxil olandan sonra 30 gün ərzində qeydiyyatdan keçdikləri halda istədikləri qədər qala bilərdilər. Onlar hər 90 gün ərzində ölkədən çıxaraq dərhal yenidən girə bilərdilər. . İndi isə 180 günün bitməsini gözləməli olacaqlar.

AİB vətəndaşları həmçinin hər 90 gündən bir Qazaxıstandan çıxmadan, pasport deyil, şəxsiyyət vəsiqələri əsasında birillik viza əldə edə bilərdilər. Yeni qaydalara görə vizalar yalnız pasportla verilir.

146 min rusiyalı identifikasiya nömrəsi alıb

Rusiya Prezidenti Vladimir Putin səfərbərlik elan edəndən sonra yüzminlərlə rusiyalı, əsasən də kişilər sentyabr və oktyabr aylarında Qazaxıstana gedib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, 2022-ci ildə 2.9 milyona yaxın rusiyalı Qazaxıstana daxil olub, onlardan 146 mini Qazaxıstanda identifikasiya nömrələri əldə edib ki, bu da bank hesabları açmağa, neftlə zəngin bu ölkədə iş üçün müraciət etməyə imkan verir.

Ötən il 36 min rusiyalının Qazaxıstanda oturum aldığı bildirilir. Bir çoxlarının müraciətinə baxılmaqdadır.

Noyabrda Rusiya vətəndaşlarının Qazaxıstana axın etdiyi bir vaxtda Baş nazir Alixan Smaiylov deyib ki, hökumətin hazırladığı yeni qanun layihəsində vətəndaşlıq almaq üçün qazax dili, tarixi və qanunvericiliyini bilmək tələbinin qoyulması nəzərdə tutulur.

XS
SM
MD
LG