Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:50

Rusiyayönlü politoloq 'casusluq və xəyanətə' görə məhkum edilib


Rafiq (Renat) Sayfullin
Rafiq (Renat) Sayfullin

Özbəkistanda Strateji və Regionlararası Tədqiqatlar İnstitutunun keçmiş direktoru, tanınmış politoloq Rafiq Sayfulin 12 il müddətinə azadlıqdan məhrum edilib.

CurrentTime yazır ki, bu hökm barədə rəsmi məlumat hələki verilməyib və məhkəmə prosesinin harada və necə keçirildiyi bilinmir.

Sayfulinin məhkəməsinin fevral ayında başlandığı və qapalı rejimdə keçirildiyi barədə AzadlıqRadiosunun Özbək xidməti vermişdi.

61 yaşlı politoloqun işinə 157-ci maddə ilə (dövlətə xəyanət) hərbi məhkəmənin hakimləri baxırdılar.

Bu maddə ilə Sayfulinə 20 il iş kəsilə bilərdi.

Sayfulinlə birlikdə Rusiyanın xeyrinə casusluqda və dövlət sirrinin yayılmasında daha onadək özbəkistanlı hərbçi, o cümlədən Özbəkistan Silahlı Qüvvələri birləşmiş qərargahının rəisi Akbar Yarbabayev mühakimə olunurdu.

Lakin Yarbabayev və başqaları barədə nə hökm çıxarıldığı məlum deyil.

Rusiya ilə yaxınlaşma tərəfdarı

Sayfulin karyerasına SSRİ Dövlət Təhlükəsizlik Komitəsində başlamışdı. O Özbəkistan müstəqillik əldə etdikdən sonra Nazirlər Kabineti yanında proqnozlaşdırma və statistika dövlət komitəsində işləyirdi.

Daha sonra Sayfulin Özbəkistan prezidenti yanında strateji və regionlararası tədqiqatlar institutuna rəhbərlik edib.

AzadlıqRadiosunun mənbələri bidliriblər ki, Sayfulin Özbəkistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş başçısı Rustam Inoyatova çox yaxın idi və mətbuatda Özbəkistanın Rusiya ilə yaxınlaşmasını təbliğ edən məqalələrlə çıxış edirdi.

Prezident Shavkat Mirzioyev 2016-cı ildə hakimiyyətə gəldikdən sonra ölkədə güc nazirliklərinin bir sıra nümayəndələri və o cümlədən Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Ikhtiyor Abdullayevə və baş prokuror Rashid Kadyrov-a qarşı müxtəlif maddələrlə cinayət işləri açılmışdı.

Hərbi məhkəmə 2020-ci ilin 9 yanvarında Özbəkistan XİN-in keçmiş əməkdaşı Kadir (Kodirzhon) Yusupovu, 2020-ci ilin martında isə Özbəkistan Müdafiə Nazirliyinin “Vətənpərvər” qəzetinin keçmiş əməkdaşı Vladimir Koloshin-i dövlət xəyanətində təqsirli bilib.

Koloshin 12 il müddətinə azadlıqdan və podpolkovnik rütbəsindən məhrum edilib.

https://www.currenttime.tv/a/adygeya-coronavirus-pohoroni-ugolovnoe-delo/30635148.html

XS
SM
MD
LG