Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 14:27

Ruslar Amerikada nə qədər hindu qırıblar?


Rusiya Alyaskası ərazisi (19-cu əsr)
Rusiya Alyaskası ərazisi (19-cu əsr)

Rusiyanın rəsmi təbliğat maşını Amerika tarixinə tez-tez "müraciət edir", avropalı gəlmələrin hindulara qarşı qətliam törətməsi haqda danışır. Amma çox az adam bilir ki, rusların özləri də hindulara qarşı müharibələr aparıb, onların dədə-baba torpaqlarını ələ keçirməyə çalışıb. "Exo Moskvı" radiostansiyasının saytında çap edilmiş məqaləni təqdim edirik.​

Alyaskanın 220 illik rus işğalı dövründə, zaman-zaman, yerlilərlə ruslar arasında döyüşlər gedib.

ABŞ-ın yaranmasından 170 il öncə hələ "amerikalılar" da yox idi. Hələ ingilis, holland, ispan və fransız köçkünlər Şimali Amerikaya gəlir və yeni torpaqlarda məskunlaşırdılar.

İngilislər və hollandlar, əsasən, Amerikanın şərq sahilini "fəth etdilər".

Fransızlar orta zolaqda, ispanlarsa qərb ərazilərində məskən saldılar. Ancaq Amerikanın çox hissəsində yerli əhali yaşayır və demək olar, hər yerdə onlarla gəlmə avropalılar arasında döyüşlər gedirdi.

Buna da bax:​ «Rusiya imperiyasının son döyüşü» Moskvada olacaq

Rus köçkünlər

Elə rus köçkünlər də Yeni Dünyada yetərincə böyük ərazini - Alyaskanı zəbt etmişdilər. Alyaska 220 il Rusiya imperiyasının tərkibində olub. İlk rus ekspedisiyası bu ərazilərə 1648-ci ildə gəlib çıxıb. 1867-ci ildə isə Rusiya bu torpaqları ABŞ-a satıb. Rusiya imperiyasının bu uzaq dayağının paytaxtı "Novoarxangelsk" adlanırdı. Bütün Rusiyada olduğu kimi, o ərazidə rubl işlənirdi.

XIX əsrin ortalarında "rus Alyaskasında" artıq təxminən 800 gəlmə rus yaşayırdı. Yerli əhalinin sayı 60 min civarında olardı. Yerlilər, əsasən, üç etnik qrupdan ibarət idilər: hindular, eskimoslar və aleutlar.

Əsrlərlə, bu ərazilərdə yaşamış yerlilər "solğun sifət" rusları isti qarşılamayıblar. Onlar da Şimali Amerikanın digər aborigenləri kimi gəlmələrlə çarpışıblar.

Alyaskada ruslar və yerlilər arasında ən qanlı döyüş isə 1804-cü ildə Sitkada baş verib.

Ruslarla hindular arasında Sitka döyüşü
Ruslarla hindular arasında Sitka döyüşü

Buna da bax:​ Rusiya Dumasında Qars sazişini ləğv etməyə çağırış

Alyaskanın 220 illik rus işğalı dövründə, zaman-zaman, yerlilərlə ruslar arasında döyüşlər gedib. Ən ağır döyüşlər 1802-1805-ci illərin rus-hindu müharibəsi dövrünə düşür. Bu müharibəyə "rus-tlinkin savaşı" da deyilir. Hindular, eskimoslar və digər yerli sakinlər üsyan qaldıraraq, rus işğalçılarını öz torpaqlarından qovmağa çalışırdılar.

Sual doğur: Ruslar Alyaskada nə qədər yerli sakini qırıblar?

Əlimizdə dəqiq rəqəmlər yoxdur. Bildiyimiz odur ki, təkcə rus-hindu müharibəsi zamanı baş vermiş bir böyük üsyanda 200-dən çox yerli, 50 nəfər rus ölüb, iki rus qalası məhv edilib.

Alyaskanın 220 illik işğalı dövründə minlərlə yerli sakin gəlmə ruslarla döyüşlərdə həyatını itirib.

Buna da bax:​ II Dünya müharibəsi: ölkələr üzrə insan itkisi (İnfoqrafika)

Əlbəttə, həmin minlərlə insan Şimali Amerikada digər avropalıların öldürdüyü hinduların kiçik bir faizidir. Əlbəttə, rus-hindu müharibəsinin miqyası da Şimali Amerikanın əsas ərazilərində olan toqquşmalarla müqayisəyə gəlməz dərəcədə kiçik idi. Alyaskada yerləşmiş rusların "soyqırım" törətdiyini də iddia edə bilmərik.

Rus qalası, Köhnə Sitka, 1827.
Rus qalası, Köhnə Sitka, 1827.

Ancaq fakt faktlığında qalır: Avropa dövlətlərinin təmsilçisi kimi, Rusiya da Amerikanın işğalına və yerli əhali ilə hərbi toqquşmalara qatılıb.

“Fort-Ross” San-Fransiskoya yaxınmış?

Rusların Kaliforniyaya gəlişi də yerli əhali arasında itkisiz ötüşməyib. Ivan Aleksandrovich Kuskov-un 1808-1809-cu illərə təsadüf edən ekspedisiyası zamanı yerli əhali ilə atışma baş verib. Hər iki tərəfdən ölənlər olub. Yerlilər Bulygin başda, "Svyatoy Nikolay" gəmisinin heyətini, demək olar, tam məhv etmişdilər.

Buna da bax:​ A. Konchalovsky: Fiziki yox mənəvi təcavüz haqda film çəkmişəm

Ancaq Kuskovun bu uğursuz ekspedisiyasından üç il sonra ruslar Kaliforniyada ilk qalalarını ucaltmağa oldular. “Fort-Ross” adlanan bu qalanın təməli 1812-ci ildə, San-Fransisko şəhəri yaxınlığında qoyulmuşdu Qala 1841-ci ilədək mövcudluğunu qoruyub.

İlk vaxtlarda ruslar Fort Rossun yerli əhalisi ilə Alyaskanın yerli sakinləri ilə davrandıqları kimi davranmadılar və onlara daha insanca yanaşdılar. Kaliforniya hindularına iş gördürərkən, əməyin müqabilində un, ət, paltar verirdilər. Ancaq müəyyən müddətdən sonra ruslar hinduları Rusiyada hələ mövcud olan təhkimçilik hüququna bənzər rejimlə işləməyə məcbur etməyə başladılar.

Nəhayət, XIX əsrin əvvəlində ruslar Havay adalarında Yelizaveta qalasını tikdilər. Bu torpaqların tutulması zamanı nə qədər yerli sakinin öldüyü barədə məlumatımız yoxdur.

Buna da bax:​ Rusiya şirkəti Yerevandan Krıma uçuşlar təşkil etməyi planlaşdırır

Görünməmiş tarixi olay

Rus çarı İvan Vasilyevich boş yerdən "Qrozny" ləqəbi verilməmişdi. O, avropalıların Amerikanın şərq sahilboyuna ilk dəfə yan almasından hələ 50 il əvvəl Rusiya dövlətinin ərazisini Volqaboyunadək genişləndirmiş, Kazanı, Həştərxanı işğal etmişdi. Yermak-ın Sibiri fəth etməsi isə həm ərazinin miqyası, həm də yerli əhalinin qırğını baxımından görünməmiş tarixi hadisə idi.

Aydın məsələdir ki, Ivan Qrozny-nın vaxtında rus dövləti bu ucsuz-bucaqsız əraziləri sülh yolu ilə tutmamışdı.

Buna da bax:​ «1944-cü ildə Krımda döyüşmüşəm»

Bu tarixi proses II Dünya Müharibəsinin bitməsindən sonra da sona çatmayıb. BMT-nin qoyduğu "yeni dünya düzəninə" görə, güc yolu ilə yeni ərazilərin tutulması qəbuledilməzdir. 1950-ci ildən bəri "yeni dünya düzəninin" məhz bu şərti on dəfədən çox pozulub. Çin Tibeti, Hindistan Qoanı, İndoneziya Qərbi Yeni Qvineya və Şərqi Timoru, Mərakeş isə Qərbi Saxaranı ilhaq edib.

Ən son nümunə isə Rusiyanın Krımı ilhaq etməsidir. Odur ki, Ivan Qrozny və Böyük Yekaterinanın qoyduğu ənənələr davam edir...

Sitla Tarixİ Parkında Sitka döyüşündə həyatını itirənlərin xatirəsinə ucaldılmış abidə
Sitla Tarixİ Parkında Sitka döyüşündə həyatını itirənlərin xatirəsinə ucaldılmış abidə

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG