Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 22:36

Moskvada ABŞ-Rusiya danışıqlarında 'çox az irəliləyiş' əldə olunub


ABŞ dövlət katibinin siyasi məsələləri üzrə müavini Viktoriya Nuland
ABŞ dövlət katibinin siyasi məsələləri üzrə müavini Viktoriya Nuland

Oktyabrın 12-də Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov və ABŞ dövlət Departamentində ranqina görə üçüncü şəxs olan Viktoriya Nuland görüşüblər

Rusiya rəsmiləri bildirirlər ki, ABŞ Dövlət Departamentinin vəzifəli rəsmisi ilə yüksək səviyyədə aparılan danışıqlarda “çox az irəliləyiş” əldə olunub.

Oktyabrın 12-də Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov və ABŞ dövlət Departamentində ranqina görə üçüncü şəxs olan Viktoriya Nuland səfirlik heyətləri və başqa məsələləri müzakirə edirdilər.

Ryabkov söhbətin faydalı olduğunu deyib, lakin münasibətlərin pisləşə biləcəyinə dair xəbərdarlıq edib:

"Amerikalılar bizin məntiq və tələblərimizi qəbul etmirlər. Amma eyni zamanda danışıqlar faydalı olub. Mövcud problemlər mahiyyəti üzrə müzakirə ediləndə çox az irəliləyişə nail olunub. Yeni gərginlik riski böyükdür”.

ABŞ-ın Moskvadaklı səfirliyi görüş barədə heç bir açıqlama verməyib.

ABŞ dövlət katibinin siyasi məsələləri üzrə müavini Nuland son illərdə Rusiyaya səfər edən ən yüksək vəzifəli ABŞ rəsmisidir.

Çətin danışıqlar

Onun oktyabrın 13-də prezident Vladimir Putinin baş xarici siyasət müşaviri Yuri Uşakovla görüşü planlaşdırılıb.

Viktoriya Nulandın səfəri ərəfsində prezident Co Baydenin administrasiyası Moskva və Vaşinqton arasındakı münasibətləri 2014-cü ildən bəri düşdüyü dalandan çıxarmağa cəhdlər göstərirdi.

Aprel ayında Rusiyanın xarici işlər naziri Sergey Lavrov demişdi ki, ikitərəfli münasibətlər hətta Soyuq Müharibə dövründə olduğundan da aşağı səviyyədədir.

İyun ayında Cenevrədə Bayden və Putin arasında keçirilmiş görüş də münasibıətləri yaxşılaşdıra bilməyib.

İki ölkə son illərdə qarşılıqlı olaraq diplomatları persona non grata elan edib. Bu ilin əvvəllərində isə Rusiya ABŞ səfirliyinin yerli sakinləri işə götürməsinə qadağan qoyub.

ABŞ-ın Rusiyadakı səfiri bildirir ki, konsul xidmətində işçi çatışmadığına görə rusiyalılara lazımi viza xidməti göstərilə bilmir.

Ryabkov bildirdib ki, xanım Nulandla danışıqlarda səfirliklərin heyəti məsələsində irəiləyişə nail olmaq mümkün olmayıb.

Moskva üçün qeyri-məqbul

Rusiya Xarici İşlər Nazirliyinin daha sonra verdiyi bəyanatda deyilir ki, Ryabkov danışıqlar zamanı diplomatik missiyalarla bağlı bütün məhdudiyyətlərin qaldırılmasını təklif edib.

Bəyanatda söhbətin konklret olaraq hansı məhdudiyyətlərdən getdiyi bildirilməsə də, belə güman etmək olar ki, Moskva Merilend və Nyu Yorkdakı iki diplomatik şəhərciyin qaytarılmasını istəyib.

ABŞ bu şəhərcikləri 2016-cı ildə bağlayıb. Vaşinqton onlardan kəşfiyyat məlumatları toplanması üçün istifadə edildiyini bildirmişdi.

2017-ci ildə ABŞ Rusiyanın San Fransiskodakı və Vaşinqton və Nyu Yorkdakı daha iki diplomatik binasının bağlandığını elan etmişdi.

Ryabkov bunu da bildirib ki, ABŞ tərəfi ilə habelə Əfqanıstandakı vəziyyətə nəzarət edilməsi üçün Mərkəzi Asiyada ABŞ qüvvələrinin yerləşdirilməsi məsələsi də müzakirə olunub.

Ryabkov bildirib ki, “biz Mərkəzi Asiyda hər hansı ABŞ qüvvələrinin yerləşdirilməsinin Moskva üçün qeyri-məqbul olduğunu bildirdik”.

ABŞ-da bir qrup millət vəkili, əgər Moskva ABŞ səfirliyinə yerli sakinlərin işə götürülməsini qadağan edən qərarını dəyişməsə, Rusiyanın Birləşmiş Ştatlardakı 300 diplomatının çıxarılmasına çağırıb.

XS
SM
MD
LG