Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:56

Rəssam öz prezidentinin dediklərinə görə Ukraynadan üzr istəyib


Askhat Akhmedyarov
Askhat Akhmedyarov

Qazaxıstanlı rəssam Askhat Akhmedyarov dekabrın 5-də özünün çəkdiyi plakatla Ukraynanın Nur-Sultan şəhərindəki səfirliyinin qarşısına gəlib. Plakatda eşşək şəkli çəkilmiş və ukrayn dilində “Vıbaçte za neqo” (onu bağışlayın) sözləri yazılmışdı.

Akhmedyarov jurnalistlərə deyib ki, o Qazaxıstan prezidenti Qasym-Zhomart Toqaev-in bu yaxınlarda Krım barədə dediklərinə görə ukraynalılardan üzrxahlıq etmək istəyib.

Toqaev ​Deutsche Welle radiosuna demişdi ki, 2014-cü ilin martında Rusiyanın Krımı ilhaq etdiyi zaman yarımadada baş verənləri “ilhaq” saymır:

“Biz Krımda baş verənləri ilhaq adlandırmırıq. Nə olubsa, olub. İlhaq - Krıma şamil edilmək üçün çox ağır sözdür. Bizim Rusiya Federasiyası ilə tam etimadlı, xoş qonşuluq münasibətlərimiz var. Biz lap əvvəldən Rusiya rəhbərliyinin müdrikliyinə və ləyaqətliliyinə inanmışıq”.

Ukraynanın Xarici İşlər Nazirliyi Toqayevin bəyanatından və Krımın ilhaqını inkar etməsindən narahatlığını bildirib.

Ukrayna XİN-in sözçüsü Yekaterina Zelenkonun səsləndirdiyi rəsmi bəyanatda deyilir ki, beynəlxalq icmada tanınmış siyasətlərə və BMT qətnamələrinə zidd olan bu qeydlərlə bağlı Qazaxıstan tərəfinə “müvafiq demarşlar” ediləcəkdir.

Polis Akhmedyarov-un plakatı açmasına imkan verməyib. Onu demək olar, dərhal qamarlayaraq plakatı əlindən alıblar.

Polis Askhat Akhmedyarov-u saxlayarkən
Polis Askhat Akhmedyarov-u saxlayarkən

Ukrayna səfirliyi baş vermiş insident barədə heç bir şərh verməyib.

Polis də Akhmedyarov-u saxlamayıb, amma plakatı onun əlindən alıb. Polis də açıqlama verməyib.

Rusiya Ukraynanın Krım yarımadasını, burada 2014-cü ilin martında Rusiya hərbçilərinin iştirakı ilə keçirilmiş referendumun nəticəsi olaraq ilhaq edib.

Bu “referendumda” Krımın Rusiya ilə birləşməsinə 96, 77 faiz səs verilib.

Bu hadisədən bir qədər sonra, 1991-1992-ci illərdə Qara dəniz donanmasının komandanı olmuş admiral İgor Kasatonov RIA Novosti agentliyinə demişdi ki, Qara dəniz donanması Krımın ilhaqı üçün 2014-cü ilin yazında platsdarm düzəltmişdi və Sevastopol bazasından hərbçilərin gətirilməsi üçün istifadə edilirdi.

Beynəlxalq təşkilatlar Krımın ilhaqını qanunsuz sayıblar və Rusiyanın hərəkətini qətiyyərlə pisləyiblər.

Bunun ardınca Qərb Rusiya üzərinə indiyədək qüvvədə olan ağır sanksiyalar qoyub.

Ukrayna Krımı rəsmən “işğal edilmiş ərazi” adlandırır.

XS
SM
MD
LG