Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 21:22

Saakaşvili xəstəxanada aclığa başlayıb və aclığı dayandırıb


Mixeil Saakaşvili (Arxiv fotosu)
Mixeil Saakaşvili (Arxiv fotosu)

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili dekabrın 14-də aclıq elan edəndən az sonra bu aksiyanı dayandırdığını bildirib.

Saakaşvili qərarını dəyişməsinin səbəblərini vəkili Şalva Xaçapuridzeyə verdiyi məktubda izah edib:

"Səbəblərdən biri budur ki, mən tənqidçilərimə səhhətimə bilərəkdən ziyan vurduğuma dair iddialar üçün əsas vermək istəmirəm. İkinci və əsas səbəb Avropa Parlamentinin aclıq aksiyasını dayandırmağım üçün etdiyi güclü çağırışdır. Onlar vəd ediblər ki, mənim təməl hüquqlarıma əməl olunmasını daimi əsasda monitorinq edəcəklər”.

***

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Gürcüstanın keçmiş prezidenti, xidməti səlahiyyətlərini aşdığına görə Tbilisi məhkəməsi tərəfindən 6 il azadlıqdan məhrum edilmiş Mixeil Saakaşvili Gürcüstan paytaxtındakı Vivamedi klinikasının xüsusi palatasında aclığa başladığını bəyan edib.

O burada ruhi və nevroloji xəstəliklərdən müalicə olunur.

Saakaşvilinin aclığa başlamasına səbəb Gürcüstan Ədliyyə Nazirliyi cəzaların icrası departamentinin onun xəstəxana palatasından məhkəmə dinləməsinə videobağlantısına icazə verməməsidir.

Bu məhkəmə prosesində onun sonrakı müalicə üçün Berlindəki Şarite klinikasına köçürülməsi barədə vəsatətinə baxılır.

Saakaşvili öz vəkilləri vasitəsilə bildirib ki, aclığı ona öz məhkəməsində videobağlantı ilə iştirak və gürcü xalqına müraciət etmək imkanı verilənədək davam etdirəcək.

45 kilo arıqlayıb

Keçmiş prezident Gürcüstan hakimiyyətinin onu siyasi motivlərlə təqib etdiyinə dair bir neçə bəyanatla çıxış etməyi planlaşdırırdı.

O ilk növbədə milyarder Bidzina İvanişvilinin “Gürcü arzusu” partiyasını ittiham edir.

Növbəti məhkəmə iclasının dekabrın 22-dən tez olmayaraq keçiriləcəyi bildirilir.

Həkimlər keçmiş dövlət başçısının səhhətinin pisləşməsi ilə bağlı narahatlıq bildirirlər.

Onların fikrincə Saakaşvilinin aclığı bərpa etməsi onun səhhətinin daha da pisləşməsi ilə nəticələnə bilər.

Həkimlər son aylar ərzində Saakaşvilinin 45 kilo arıqladığını deyirlər.

Vəkilləri və onun müxalif Vahid Milli Hərəkat partiyasından olan tərəfdarları keçmiş prezidentin cəzaçəkməsinin təxirə salınmasına və onun müalicə üçün Avropaya göndərilməsinə çalışırlar.

“Bu məhbusun taleyi...”

Hakim “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze dekabrın 14-də jurnalistlərin suallarına cavab verərkən Gürcüstanın üçüncü prezidentini “qatil” adlandırıb və onu 2008-ci ildə ölkə ərazisinin 20 faizini itirməkdə ittiham edib.

Kobaxidze deyib ki, “bu məhbusun taleyi onu ümumiyyətlə maraqlandırmır”.

Mixeil Saakaşvili Tbilisi məhkəməsi tərəfindən 6 il azadlqıdan məhrum edilib.

O 2005-ci ildə müxalif deputat, biznesmen Valeri Gelaşvilini DİN xüsusi təyinatlılarına döydürməkdə ittiham olunurdu.

Avropaya qaz satan Azərbaycanın odun peçinin ümidinə qalan kəndləri...
Gözlə

No media source currently available

0:00 0:04:34 0:00

Hazırda keçmiş prezident daha üç cinayət işi üzrə təqsirləndirilən qismində keçir.

Bunlardan biri də onun ötən ilin sentyabrında Gürcüstan sərhədini qanunsuz keçərək mühacirətdən qayıtması ilə bağlıdır.

XS
SM
MD
LG