Gürcüstan məhkəməsi keçmiş prezident Mikheil Saakashvili-ni səlahiyyətlərindən sui-istifadə ittihamı ilə qiyabi olaraq 6 il müddətinə azadlıqdan məhrum edib.
İyunun 28-də çıxarılmış hökmdə deyilir ki, Saakashvili prezident səlahiyyətlərindən 2005-ci ildə müxalifət millət vəkili Valery Gelashvilinin döyülməsinə dair dəlillərin ört-basdır edilməsi üçün sui-istifadə edib.
Hazırda Hollandiyada yaşayan Saakashvili bu hökmü pisləyib və onu siyasi motivli adlandırıb.
Saakashvili Rusitavi 2 telekanalına deyib: “Mən Valery Gelashvilinin döyülməsində, Kennedy və Trotskinin qətlində günahkar olduğum qədər təqsirliyəm”.
Keçmiş prezident deyib ki, “bu təlxək məsxərəsinin qanunla heç bir əlaqəsi yoxdur”.
Saakashvili 2004-2013-cü illərdə Gürcüstan prezidenti olub və hazırda bu ölkədə ona qarşı qaldırılmış cinayət işi ilə əlaqədar axtarışdadır.
O Gürcüstan məhkəməsi tərəfindən qiyabi olaraq üç il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Saakashvili özünə qarşı ittihamları “qondarma və siyasi motivli” saydığını deyir.
Onun xanımı Sandra Elisabeth Roelofs-Saakashvili Hollandiyada doğulub və bu ölkənin vətəndaşıdır.