Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:41

Qazaxıstan Azərbaycandakı pullarını almaq üçün xüsusi komisiya yaradıb


Bakytzhan Sagintaev
Bakytzhan Sagintaev

Qazaxıstan pensiya fonduna aid vəsaitlərin Azərbaycan Beynəlxalq Bankı-ndan qaytarılması iüçün xüsusi komisiya yaradıb.

Azadlıq Radiosunun Qazaxıstan xidmətinin mayın 30-da yaydığı məlumata görə, bunu ölkənin baş naziri Bakıtjan Sagintaev (Bakytzhan Sagintaev) bildirib.

Mayın ortalarında Azərbaycan Beynəlxalq Bankı-nın defolt olduğu elan edildi.

Qazaxıstanın pensiya fondu bu banka indiki məzənnə ilə təxminən 225 milyon dollar sərmayyə qoyub.

Buna da bax: 'Beynəlxalq Bank defolt elan edildi'

“ Qazaxıstanın pensiya təminatı qanununa əsasən, pensiya fondunun sahibi hökumətdir və dövlət pensiya ödənişlərinin qorunmasına görə təminatçıdır. Buna görə hökumət Qazaxıstan vətəndaşlarının pensiya aktivlərinin qorunmasında birbaşa maraqlıdır və məsələ ilə bağlı baş nazirin xüsusi nümayəndələrini təyin eləmişəm. Mən isə öz tərəfimdən azərbaycanlı həmkarımla əlaqə saxlamışam və baş nazir borcun qaytarılması prosesində hərtərəfli dəstək göstərəcəyini vəd edib” Sagintaev deyib.

Sagintaevin sözlərinə görə, Qazaxıstan Milli Bankı və hökumət nümayəndələrinin iştirakı ilə mayın 23-də Londondaxarici kreditorlarla görüşdə borcun qaytarılmasının detallı şərtləri müzakirə olunub.

Qazaxıstanda əmək haqqının 10 faizipensiya fonduna köçürülür. Fonddakı aktivlərin idarəçiliyinə görə Milli Bank cavabdehlik daşıyır.

Rəsmi məlumata görə, mayın 1-dək bu cür problemli aktivlərin həcmi təxminən 130 milyon dollar olub.

Bu müddətədək fonda 22 milyard dollardan artıq vəsait toplaşıb.

Milli Bank-ın nümayəndəsi Daniyar Akishev ötən həftə Almatıda keçirdiyi mətbuat konfransında deyib ki, bu vəsaitlər Azərbaycan Beynəlxalq Bankı-na 2014-cü ilin oktyabrında yatırılıb və qərarı Qazaxıstan Milli Bankı-nın o zamankı rəhbəri Kayrat Kelimbetov verib.

Daniyar Akishev
Daniyar Akishev

Buna da bax: Qazaxıstan Beynəlxalq bankdakı pullarını qaytarmaq niyyətindədir.

XS
SM
MD
LG